“Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 486; 2007, № 5, maddə 459; 2008, № 6, maddə 498, № 8, maddə 721) aşağıdakı dəyişikliklər edilsin:
1. Fərmanın adında və mətnində “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında” sözləri ilə əvəz edilsin.
2. Fərmanın 2-ci hissəsi ləğv edilsin.
3. Fərmanın 3-cü hissəsində “Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ümumi şöbəsi” sözləri “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi” sözləri ilə əvəz edilsin.
4. Həmin Fərmanla təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat” üzrə:
4.1. Təlimatın adında “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında” sözləri ilə əvəz edilsin;
4.2. I – XVII hissələrin adlarının qarşısındakı rum rəqəmləri ərəb rəqəmləri ilə əvəz edilsin;
4.3. 60-cı, 62-ci və 84-cü bəndlərdən, 90-cı bəndin ikinci abzasından, 92-ci, 101-ci və 102-ci bəndlərdən “,bir qayda olaraq,” sözləri çıxarılsın;
4.4. 1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“1. Bu Təlimat dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında (bundan sonra - təşkilatlar) kargüzarlığın aparılması işini, o cümlədən sənədlərin hazırlanmasını, qeydiyyatını, hərəkətini, icrasını, uçotunu və arxivə verilməsini tənzimləyir. Yerli icra hakimiyyəti orqanlarında kargüzarlıq “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat” əsasında aparılır. Bu Təlimatın müddəaları təşkilatlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına şamil edilmir.” ;
4.5. 2-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Təşkilatlarda kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır.”;
4.6. 4.1-ci yarımbənddə “daxil olan sənədləri” sözlərindən əvvəl “poçt, elektron poçt, faks, telefonoqram, feldyeger rabitəsi vasitəsilə və kargüzarlıq xidmətinə bilavasitə” sözləri əlavə edilsin;
4.7. 4.3-cü yarımbənddə “icra müddətinə” sözlərindən sonra “, bu Təlimatın tələblərinə uyğun tərtibinə və arxivləşdirilməsinə” sözləri əlavə edilsin;
4.8. 4.6-cı və 4.7-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“4.6. sənədləri işlərin nomenklaturu üzrə formalaşdırmaq və arxivə təhvil vermək;
4.7. sənədləri qoruyub saxlamaq və xidməti zərurətlə əlaqədar onlardan istifadəni təmin etmək;”;
4.9. 4.8-ci bənddə “kargüzarların” sözü “kargüzarlığı aparan işçilərin” sözləri ilə əvəz edilsin;
4.10. 5-ci bəndin dördüncü və beşinci abzasları aşağıdakı redaksiyada verilsin:
“Mərkəzləşdirilmiş kargüzarlıq sistemində sənədlərin və qeydə alınması tələb olunmayan korrespondensiyanın (16 nömrəli əlavə) qəbulunu, göndərilməsini, uçotunu, struktur bölmələrinə paylanmasını, habelə sənədlərin qeydə alınmasını, rəsmiləşdirilməsini, işlərin formalaşdırılmasını kargüzarlıq xidməti həyata keçirir.
Mərkəzləşdirilməmiş kargüzarlıq sistemində isə sənədlərin və qeydə alınması tələb olunmayan korrespondensiyanın qəbulunu, göndərilməsini, uçotunu, sənədlərin struktur bölmələrinə paylanmasını kargüzarlıq xidməti, sənədlərin qeydə alınmasını, rəsmiləşdirilməsini, işlərin formalaşdırılmasını isə struktur bölmələri həyata keçirirlər.”;
4.11. 7.1-ci və 119.1-ci yarımbəndlərdə “qanunvericilik aktlarının” sözləri “normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin;
4.12. 9-cu bəndin ikinci abzasına aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Həmin sənədlər təşkilat rəhbərinin imzası və təşkilatın gerbli möhürü ilə təsdiqlənir.”;
4.13. 11.4-cü yarımbənddə “(küncdə və ya eninə)” sözləri “eninə,” sözü ilə əvəz edilsin;
4.14. 13-cü bənddən “bir qayda olaraq” sözləri çıxarılsın;
4.15. 17.4-cü yarımbəndin ikinci abzası çıxarılsın;
4.16. 20-ci bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin:
“Sənədin qeydiyyat nömrəsi işin nomenklatur nömrəsindən və sənədin qeydə alınmasının sıra nömrəsindən ibarətdir, sənədin qeydə alınması zamanı verilir və qeydiyyat ştampında vərəqlərin sayından və tarixdən əvvəl əks etdirilir.”;
4.17. 24-cü bənddə “təsdiq edilməsi” sözlərindən sonra “, qeydə alınması” sözləri əlavə edilsin;
4.18. 25-ci bənd üzrə:
4.18.1. birinci abzasda “Bir qayda olaraq, sənədin” sözləri “Sənədin” sözü ilə əvəz edilsin;
4.18.2. ikinci abzas aşağıdakı redaksiyada verilsin:
“İmzanın tərkibinə sənədi imzalamış şəxsin vəzifəsinin adı, onun şəxsi imzası, adı və soyadı daxildir. Sənədi imzalamalı olan vəzifəli şəxs müvəqqəti işdə olmadıqda, sənədi onun müavini və ya səlahiyyətlərini icra edən şəxs imzalayır. Bu zaman sənədi imzalamış şəxsin faktiki vəzifəsi, adı və soyadı göstərilməlidir. Sənədi “əvəzinə” sözünü yazmaqla və ya vəzifənin adının qabağına xətt çəkməklə imzalamaq qadağandır. Dövlət orqanının rəhbərinə göndərilən sənədlər göndərən dövlət orqanının rəhbəri tərəfindən, o olmadıqda isə onun vəzifəsini icra edən müavini tərəfindən imzalanır. ”.
4.18.3. yeddinci və səkkizinci abzaslar çıxarılsın;
4.19. 29-cu bənd ləğv edilsin;
4.20. 30-cu bənddə “Bir qayda olaraq, aşağıdakı” sözləri “Aşağıdakı” sözü ilə əvəz edilsin;
4.21. 33-cü bəndin birinci abzasına aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Kompyuter üsulu ilə yazılan sənədlərin (maliyyə, statistik və digər cədvəllər istisna olmaqla) mətni “Arial” 12 şrifti ilə A4 formatda bir və ya bir yarım sətirarası intervalla yazılmalıdır.”;
4.22. 39-cu bənddə “Böyük hərflə yazılması qanunvericilikdə bilavasitə nəzərdə tutulan” sözləri “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli 108 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan dilinin orfoqrafiya qaydalarına” uyğun olaraq birinci hərfi böyük yazılan” sözləri ilə əvəz edilsin;
4.23. 44-cü bənddə “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Dövlət Statistika Komitəsi” sözləri ilə əvəz edilsin;
4.24. 52-ci bəndin birinci abzasında “və video yazılar” sözləri “, video yazılar və elektron daşıyıcılarda olan yazılar” sözləri ilə əvəz edilsin;
4.25. 53-cü bəndin ikinci cümləsində “yığcam, bir qayda olaraq,” sözləri “bu Təlimatın 54-cü bəndinin ikinci abzasında nəzərdə tutulmuş hal istisna olmaqla, yığcam,“ sözləri ilə əvəz edilsin;
4.26. 55-ci bəndin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:
“İcraçı qismində təşkilatlar və ya struktur bölmələri, tədbirin icrası konkret şəxsə tapşırıldıqda isə vəzifəli şəxs göstərilir.”;
4.27. 68-ci bənddə “Bir qayda olaraq, protokolun” sözləri “Protokolun” sözü ilə əvəz edilsin;
4.28. 84-cü bənddə “və ya hadisələrin” sözləri “, hadisələrin və ya sənədlərin (qeydiyyat nömrəsi və tarixi göstərilməklə)” sözləri ilə əvəz edilsin;
4.29. 93-cü bənddə “keçirilməsi” sözü “köçürülməsi” sözü ilə əvəz edilsin;
4.30. 94-cü bəndin ikinci abzası üçüncü abzas hesab olunsun və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Əsas icraçı sənədin icrası ilə əlaqədar rəhbərliyə məlumat üçün hazırlanmış arayışı digər icraçı (icraçılar) ilə razılaşdırmalıdır. Digər icraçı (icraçılar) arayışla razı olmadıqda, ayrıca arayış tərtib edir və rəhbərliyi məlumatlandırmaq üçün kargüzarlıq xidmətinə təqdim edir.”;
4.31. 119-cu bənddə “xüsusi” sözü çıxarılsın;
4.32. 119.2-ci yarımbənddə “hakimiyyəti” sözü çıxarılsın;
4.33. 123-cü bənd aşağıdakı redaksiyada verilsin:
“123. Təşkilat rəhbərinin sənədin icra müddətini icraçının (icraçıların) əsaslandırılmış yazılı xahişi ilə uzatmaq hüququ vardır.”;
4.34. 126-cı bənddə “Nəzarət vərəqələrində” sözləri “Elektron sənəd dövriyyəsi sistemi tətbiq edilən təşkilatlar istisna olmaqla, nəzarət vərəqələrində” sözləri ilə əvəz edilsin;
4.35. 138-ci bəndin ikinci abzasının birinci cümləsində “Təşkilatda olan sənədlər qanunvericiliklə” sözləri “Təşkilatda kağız və (və ya) elektron formada olan sənədlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri ilə əvəz edilsin;
4.36. aşağıdakı məzmunda 18-ci hissə əlavə edilsin:
“18. Elektron sənədlərlə bağlı kargüzarlığın aparılmasının xüsusiyyətləri
140. Təşkilatların kargüzarlığı elektron formada da aparmaq hüququ vardır.
141. Sənəd elektron formada qəbul edildikdə, təşkilat bu Təlimatın 144-cü bəndində göstərilən informasiya sistemini tətbiq etməlidir.
142. Təşkilatlarda elektron sənədlərin hazırlanmasına dair ümumi tələblər aşağıdakılardan ibarətdir:
142.1. elektron sənəd “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilən tələblərə cavab verməlidir;
142.2. elektron sənəd “Unicode” standartını, “UTF-8” formatını dəstəkləməlidir;
142.3. elektron sənədin cədvəl, təqdimat, mətn, qrafik və arxivləşdirmə redaktorlarında oxunma və redaktə olunma imkanları olmalıdır;
142.4. elektron sənəd “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsi ilə müəyyən edilmiş quruluşda olmalıdır;
142.5. elektron sənədin razılaşdırılması müvafiq vəzifəli şəxsin elektron və ya gücləndirilmiş elektron imzasının əlavə edilməsi yolu ilə həyata keçirilməlidir;
142.6. elektron sənədə qoşulan bütün əlavələr vahid elektron faylda birləşdirilməli və həmin sənədi təsdiq etmək səlahiyyəti olan şəxsin elektron və ya gücləndirilmiş elektron imzası ilə təsdiqlənməlidir;
142.7. elektron sənəd dövriyyəsi sistemi tətbiq olunan təşkilatlarda kağız daşıyıcıda daxil olan sənədlər və onların əlavələri skan edilərək, eyni formatda olan vahid elektron fayla çevrilir.
143. Elektron sənədin əsli və surəti, aşağıda göstərilən tələblər də nəzərə alınmaqla, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanır və təsdiq edilir:
143.1. elektron sənədin surəti kağız daşıyıcıda olur;
143.2. elektron sənədin surətində onun yaradıldığı tarix və sənədi qəbul edən informasiya sisteminin adı göstərilir;
143.3. elektron sənədin surətinə əl və ya çap üsulu ilə “Elektron sənədin surəti. __vərəq” sözləri yazılır və təşkilatın kargüzarlıq xidmətinin gerbsiz möhürü ilə təsdiqlənir.
144. Təşkilatlarda elektron sənədlərlə kargüzarlığın aparılması üçün aşağıdakı funksiyaların həyata keçirilməsini təmin edən informasiya sistemi tətbiq olunur:
144.1. elektron sənədin yaradılması;
144.2. rekvizitlərin və gücləndirilmiş elektron imzanın əlavə edilməsi;
144.3. elektron sənədin göndərilməsi;
144.4. elektron sənədin həqiqiliyinin yoxlanılması;
144.5. elektron sənədin alınmasının təsdiqi;
144.6. daxil olan və ya göndərilən elektron sənədin qeydiyyatı;
144.7. elektron sənədin yaradılması, qeydə alınması, göndərilməsi və saxlanılması zamanı kollektiv işin təmin edilməsi;
144.8. elektron sənədin icrasına nəzarət;
144.9. elektron sənədin axtarışı;
144.10. elektron sənədin saxlanılması.
145. Elektron sənəd aşağıdakı məlumatlar yoxlandıqdan sonra qəbul edilir və qeydə alınır:
145.1. elektron imza vasitələrindən istifadə etməklə, yoxlama məlumatları əsasında elektron sənədi təsdiq edən gücləndirilmiş elektron imzanın həqiqiliyi;
145.2. elektron sənədin bütün rekvizitləri;
145.3. gücləndirilmiş elektron imzadan istifadə etmiş imza sahiblərinin səlahiyyətləri.
146. Elektron sənəd çap edilərkən avtomatik olaraq birinci səhifənin üz tərəfində aşağıdakıları özündə əks etdirən qeydiyyat şifrəsi və ya ştrix-kod yerləşdirilməlidir:
146.1. təşkilatın tam adı;
146.2. təşkilatın hüquqi ünvanı;
146.3. elektron sənədin qeydiyyat nömrəsi və qeydiyyat tarixi.
147. Elektron sənəd göndərilməzdən əvvəl göndərən onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır.
148. Elektron sənədin qəbul edilməsi və qeydiyyatı onu göndərənə informasiya sistemi tərəfindən aşağıdakıları özündə əks etdirən elektron bildirişin göndərilməsi ilə təsdiq olunur:
148.1. bildirişi göndərən haqqında məlumatlar;
148.2. elektron sənədin qəbul edilməsi tarixi və vaxtı;
148.3. elektron sənədin qeydiyyatı tarixi və nömrəsi.
149. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsi ilə müəyyən edilmiş hallarda alan elektron sənədi göndərən tərəfindən göndərilməmiş hesab etməlidir.
150. Göndərən tərəf elektron sənədin qəbul edildiyi barədə elektron bildirişi alanadək, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü maddəsinə əsasən elektron sənəd alınmamış hesab olunur. Elektron sənədin göndərilməsindən sonra göndərənin göstərdiyi və ya tərəflərin razılığı ilə müəyyən edilmiş müddət ərzində bildiriş alınmadıqda, göndərən bu barədə alanı məlumatlandırır və digər rabitə vasitələrindən istifadə etməklə elektron sənədin məzmununu ona çatdırır.
151. Elektron sənəd kimi qeydə alınmış sənəd kağız daşıyıcıda da daxil olduqda, onun üzərinə elektron sənədin qeydiyyat nömrəsini və tarixini əks etdirən ştamp vurulur.
152. Elektron sənəd dövriyyəsi sistemi tətbiq olunan təşkilatlarda alınan və göndərilən elektron sənədlər, o cümlədən nəzarətdə olan sənədlər hərəkətin bütün mərhələlərində elektron qeydiyyat jurnalında müvafiq qeyd aparılmaqla qəbul edilir və təhvil verilir (10 və 11 nömrəli əlavələrə uyğun olaraq, elektron sənəd dövriyyəsində imza tələbi istisna olmaqla).
153. Elektron sənədlərin və onların arxivlərinin saxlanılması qaydası:
153.1. elektron sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron informasiya daşıyıcılarında onların bu daşıyıcılarda bütövlüyünü yoxlamağa imkan verəcək formada saxlanılmalıdır;
153.2. elektron sənədlərin elektron informasiya daşıyıcılarında saxlanılması müddəti müvafiq sənədlərin kağız daşıyıcıları üçün “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş müddətdən az olmamalıdır;
153.3. elektron sənədlərdə olan informasiyadan gələcəkdə istifadə, həmçinin elektron sənədlərin kağız daşıyıcıda surətlərinin çıxarılması mümkün olmalıdir;
153.4. elektron sənədin onun yaradıldığı, göndərildiyi və ya alındığı formatda bərpası mümkün olmalıdır;
153.5. elektron sənəddə onun mənbəyini və təyinatını, onu göndərəni, qəbul edəni, göndərilmə və qəbul edilmə vaxtını və tarixini müəyyənləşdirməyə imkan verən informasiya saxlanılmalıdır;
153.6. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda və ya iştirakçılar arasındakı müqavilədə başqa hal nəzərdə tutulmadıqda, elektron sənədlər onların yaradıldığı, göndərildiyi və ya qəbul edildiyi formatda saxlanılır;
153.7. elektron sənədlər daimi saxlanılmaq üçün dövlət arxivinə elektron informasiya daşıyıcısında saxlandığı formatda təhvil verilir;
153.8. elektron sənədlərin arxivləri icazəsiz daxilolma, məhv edilmə və (və ya) təhrif edilmə hallarından mühafizə olunmalıdır.
154. Elektron sənədin mühafizəsi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa və “İdarələrarası elektron sənəd dövriyyəsi haqqında Əsasnamə”yə uyğun olaraq təmin edilir. “.
4.37. Təlimatın 1 nömrəli əlavəsi aşağıdakı redaksiyada verilsin:
“Təşkilat blankının nümunəsi
(eninə)
Azərbaycan Respublikası Dövlət gerbinin təsviri
AZƏRBAYCAN RESPUBLİKASININ
DAXİLİ İŞLƏR NAZİRLİYİ
Poçt indeksi_______, Bakı şəhəri, __________________küçəsi_________
Tel:__________Faks:_____________ Elektron poçtu___________________
______________________________________________________________
“___”________________________il №_____________”;
4.38. Təlimatın 4 nömrəli əlavəsində “İqtisadi İnkişaf Nazirliyi” sözləri “İqtisadiyyat və Sənaye Nazirliyi” sözləri ilə əvəz edilsin;
4.39. Təlimatın 8 nömrəli əlavəsində “Mədəniyyət Nazirliyi” sözləri “Mədəniyyət və Turizm Nazirliyi” sözləri ilə əvəz edilsin;
4.40. Təlimatın 9 nömrəli əlavəsi aşağıdakı redaksiyada verilsin:
“Qeydiyyat ştampının nümunələri
Təşkilatın adı
Daxilolma №______________________
______vərəq
“___”____________________il
Ölçüləri:
5,5 X 2,5 sm.
Nəzarətdədir
4 X 1,0 sm.
Cavabla birlikdə qaytarılmalı
4 X 1,5 sm.
Təcili
4 X 1,0 sm.”
4.41. Təlimata aşağıdakı məzmunda 16 nömrəli əlavə daxil edilsin:
“Azərbaycan Respublikası Prezidentinin
2003-cü il 27 sentyabr tarixli 935 nömrəli
Fərmanı ilə təsdiq edilmiş Təlimata
16 nömrəli əlavə
Qeydə alınması tələb olunmayan korrespondensiyanın
S İ Y A H I S I
1. Reklam xarakterli bukletlər, bildirişlər, plakatlar, qiymət cədvəlləri
2. Dəvətnamələr, biletlər, toplantı və konfrans proqramları, təbrik açıqcaları
3. Mühasibat sənədləri, müqavilələr, hesab-fakturalar, smetalar
4. Kitab, qəzet, jurnal, bülleten və digər dövri mətbu nəşrlər
5. Statistik və hesabat xarakterli məcmuələr, qrafiklər və cədvəllər
6. Məlumat üçün göndərilən müxtəlif sorğu-informasiya materialları, icmallar, tədris proqramları, hidrometeoroloji və digər proqnozlar.”.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyul 2015-ci il.
16 İyul 2015, 09:0729 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” 2017-ci il 15 may tarixli 1388 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Kolumbiya Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” 2017-ci il 7 avqust tarixli 1577 nömrəli, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1694 nömrəli və “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Türkmənistanın Turizm üzrə Dövlət Komitəsi arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2017-ci il 29 noyabr tarixli 1698 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “2011-ci il aprelin 8-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında” 2011-ci il 7 iyun tarixli 447 nömrəli, “2011-ci il aprelin 9-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İraq Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2011-ci il 7 iyun tarixli 449 nömrəli, “Azərbaycan Respublikası və Monteneqro arasında 2011-ci il sentyabrın 16-da Bakı şəhərində imzalanmış sənədlər haqqında” 2011-ci il 24 noyabr tarixli 530 nömrəli, “Azərbaycan Respublikası və Çexiya Respublikası arasında 2012-ci il aprelin 5-də Praqa şəhərində imzalanmış sazişlərin təsdiq edilməsi haqqında” 2012-ci il 19 iyun tarixli 660 nömrəli, “2012-ci il aprelin 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və San Marino Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2012-ci il 19 iyun tarixli 662 nömrəli, “2012-ci il noyabrın 29-da Tirana şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Albaniya Respublikasının Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2013-cü il 7 mart tarixli 840 nömrəli və “2013-cü il fevralın 14-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi barədə” 2013-cü il 15 mart tarixli 848 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “2013-cü il martın 11-də Zaqreb şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Xorvatiya Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2013-cü il 3 may tarixli 885 nömrəli, “2013-cü il martın 12-də Mədinə şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Turizm və Qədim Abidələr üzrə Baş Komissiyası arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2013-cü il 11 iyun tarixli 909 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs və Fəaliyyət, Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” 2014-cü il 9 sentyabr tarixli 258 nömrəli, “Azərbaycan Respublikası Hökuməti ilə Argentina Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2015-ci il 30 oktyabr tarixli 665 nömrəli, “Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2015-ci il 30 oktyabr tarixli 666 nömrəli və “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Ukraynanın Mədəniyyət Nazirliyi arasında 2016–2020-ci illər üzrə mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair Proqramın təsdiq edilməsi haqqında” 2016-cı il 4 oktyabr tarixli 1057 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” 1997-ci il 24 iyun tarixli 609 nömrəli, “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 1997-ci il 6 sentyabr tarixli 629 nömrəli, “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 12 mart tarixli 115 nömrəli, “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın təsdiq edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 371 nömrəli, “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 376 nömrəli və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 11 aprel tarixli 564 nömrəli, “Yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondu haqqında” 2007-ci il 6 avqust tarixli 612 nömrəli, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 5 iyun tarixli 374-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” 2007-ci il 16 avqust tarixli 615 nömrəli, “Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” 2008-ci il 20 iyun tarixli 773 nömrəli, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” 2010-cu il 24 may tarixli 272 nömrəli, “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2010-cu il 22 iyun tarixli 284 nömrəli və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” 2011-ci il 15 fevral tarixli 382 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə” 2000-ci il 23 dekabr tarixli 432 nömrəli, “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında” 2001-ci il 4 iyul tarixli 526 nömrəli, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli 679 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” 2002-ci il 24 avqust tarixli 769 nömrəli və “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “Qeyri-dövlət mülkiyyətində olan xüsusi əhəmiyyətli mədəniyyət sərvətlərinin satılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2003-cü il 23 oktyabr tarixli 944 nömrəli, “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli 4 nömrəli, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2004-cü il 29 yanvar tarixli 16 nömrəli, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2004-cü il 23 aprel tarixli 56 nömrəli, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 28 dekabr tarixli 344 nömrəli, “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə” 2006-cı il 1 sentyabr tarixli 456 nömrəli və “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 6 fevral tarixli 529 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” 2016-cı il 1 iyun tarixli 923 nömrəli, “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 12 iyul tarixli 985 nömrəli, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli, “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 20 fevral tarixli 1252 nömrəli və “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 22 fevral tarixli 1255 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili barədə” 2011-ci il 27 may tarixli 432 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2013-cü il 8 iyul tarixli 938 nömrəli, “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2014-cü il 26 dekabr tarixli 432 nömrəli, “Tikinti işlərinin dayandırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 22 may tarixli 533 nömrəli, “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2015-ci il 21 dekabr tarixli 710 nömrəli, “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli 745 nömrəli və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
29 Yanvar 2021, 19:01
M.M.Kajlayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...