“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 984; 2007, № 6, maddə 562, № 10, maddə 938, № 12, maddə 1196; 2009, № 6, maddə 404, № 7, maddələr 507, 517; 2010, № 10, maddə 839; 2011, № 7, maddə 612; 2014, №11, maddə 1371) aşağıdakı dəyişikliklər edilsin:
1. 10.3-cü maddədə “tədavülə buraxılmış nağd milli valyutanın 15 faizi miqdarında müəyyən edilir və” sözləri “onun nizamnamə kapitalından az olmamaq şərti ilə“ sözləri ilə əvəz edilsin.
2. 12-ci maddə üzrə:
2.1. 12.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“12.2. Kapital ehtiyatları formalaşdırıldıqdan və Mərkəzi Bankın illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə köçürülür.”;
2.2. 12.3-cü maddə ləğv edilsin.
3. 13-cü maddə üzrə:
3.1. “Manatın" sözündən əvvəl “13.1.” rəqəmləri əlavə edilsin;
3.2. 13.1-ci maddədən “və bu Qanunun 10.3-cü maddəsində nəzərdə tutulmuş normativin hesablanması zamanı nəzərə alınmır” sözləri çıxarılsın;
3.3. aşağıdakı məzmunda 13.2-ci maddə əlavə edilsin:
“13.2. Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur.”.
4. 14.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“14.2. Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 may 2015-ci il.
25 İyun 2015, 09:064 Yanvar 2018, 09:01
Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında ətraflı...
4 Yanvar 2018, 09:01
“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 947-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
29 Dekabr 2017, 10:12
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası ətraflı...
29 Dekabr 2017, 10:12
2018-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti ətraflı...
29 Dekabr 2017, 10:12
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsi haqqında ətraflı...
29 Dekabr 2017, 10:12
Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında ətraflı...
29 Dekabr 2017, 10:12
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
29 Dekabr 2017, 10:12
S.İ.Məmmədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
29 Dekabr 2017, 10:12
F.Q.Qasımovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
29 Dekabr 2017, 10:12
R.Y.Babayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...