Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 38

Bakı şəhəri, 6 fevral 2014-cü il

Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin yeddinci abzasını rəhbər tutaraq, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci hissəsinin müddəti 2015-ci il yanvarın 1-dək uzadılsın.

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, digər aidiyyəti dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə tapşırılsın ki, tabeliyində olan qurumlarda boş (vakant) iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsini daha da gücləndirsinlər və görülmüş işlər barədə hesabatı rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, məşğulluq xidməti orqanlarına müraciət etmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

4. Bu qərar 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

 Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

11 Fevral 2014, 16:02

http://cabmin.gov.az/

8321—8330 / 10511

30 İyun 2015, 09:06

“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin I Avropa Oyunlarının keçirilməsini təmin etmiş əməkdaşlarının “Dostluq” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

30 İyun 2015, 09:06

“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...

30 İyun 2015, 09:06

“Bakı 2015” Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının sədri Spiridon Kapralosun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

30 İyun 2015, 09:06

Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...

30 İyun 2015, 09:06

“Bakı 2015” Avropa Oyunları üzrə Koordinasiya Komissiyası sədrinin müavini Zlatko Matesanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...

30 İyun 2015, 09:06

I Avropa Oyunlarında çıxış etmiş idmançıların “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...

29 İyun 2015, 09:06

İsmail Serageldinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

29 İyun 2015, 09:06

Vayra Vike-Freyberqanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

25 İyun 2015, 09:06

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsinin icrası haqqında   ətraflı...

25 İyun 2015, 09:06

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqındahttp://www.azertag.net   ətraflı...