Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2000-ci il 1 iyun tarixli Sazişdə dəyişikliklər edilməsi və onun qüvvədəolma müddətinin uzadılması haqqında Protokolun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2000-ci il 1 iyun tarixli Sazişdə dəyişikliklər edilməsi və onun qüvvədəolma müddətinin uzadılması haqqında 2015-ci il martın 18-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Beynəlxalq Qızıl Xaç Komitəsinə bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 iyun 2015-ci il.
8 İyun 2015, 09:0626 Fevral 2014, 09:02
“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında ətraflı...
26 Fevral 2014, 09:02
Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında ətraflı...
21 Fevral 2014, 09:02
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi haqqında ƏSASNAMƏ ətraflı...
21 Fevral 2014, 09:02
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin STRUKTURU ətraflı...
21 Fevral 2014, 09:02
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
20 Fevral 2014, 10:02
"Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsi blankının ciddi hesabat sənədi kimi uçotu Qaydaları"nın və Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında ətraflı...
19 Fevral 2014, 17:02
R.S.Auşevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
18 Fevral 2014, 08:02
Tofiq Əhmədovun 90 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
17 Fevral 2014, 09:02
A.M. Paşayevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
14 Fevral 2014, 09:02
“Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında ətraflı...