Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1161-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 9, maddə 539; 2006, № 2, maddə 82; 2008, № 3, maddə 168, № 8, maddə 713; 2009, № 7, maddə 532; 2010, № 9, maddə 770) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin:

“4-1. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və ya Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilmiş və 14 yaşı tamam olmuş şəxs Azərbaycan Respublikasına sadiq olacağı barədə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada və məzmunda Azərbaycan Respublikasının dövlət dilində and içir.

And içən Azərbaycan Respublikasının vətəndaşı andın mətnini imzalayır və bu sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində saxlanılır.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 iyun 2015-ci il.

8 İyun 2015, 09:06

http://www.azertag.net

4591—4600 / 10511

20 Noyabr 2017, 09:11

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında   ətraflı...

20 Noyabr 2017, 09:11

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

20 Noyabr 2017, 09:11

“Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında   ətraflı...

20 Noyabr 2017, 09:11

“Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında   ətraflı...

20 Noyabr 2017, 09:11

“Əməkdar müəllim” fəxri adının verilməsi haqqında   ətraflı...

17 Noyabr 2017, 09:11

Xırdalan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında   ətraflı...

17 Noyabr 2017, 09:11

Abşeron yarımadasında magistral su kəmərləri və qurğularının inşası ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

17 Noyabr 2017, 09:11

Ə.T.Əmiraslanovun “Şərəf”ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

16 Noyabr 2017, 09:11

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...

16 Noyabr 2017, 09:11

Azərbaycanda seçkilərin tarixi toplusunun hazırlanması, nəşri və ictimailəşdirilməsi barədə   ətraflı...