“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanını “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr tarixli 1113-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, III kitab, maddə 612; 2001, № 7, maddə 462, № 10, maddə 640, № 12, maddə 755; 2002, №1, maddə 49, № 5, maddələr 260, 275, № 8, maddələr 478, 484, 486; 2003, № 6, maddə 299, № 8, maddə 434, № 9, maddə 478, № 10, maddələr 546, 547, 560, 571, 582; 2004, № 1, maddələr 19, 26, № 3, maddələr 138, 141, № 4, maddə 235, № 5, maddələr 340, 341, 343, 345, 346, № 8, maddələr 607, 608, № 11, maddə 909, № 12, maddə 1005; 2005, № 2, maddələr 67, 69, № 4, maddələr 299, 303, № 8, maddə 702, № 9, maddələr 801, 802, № 12, maddə 1101; 2006, № 2, maddə 83, № 4, maddələr 321, 322, № 5, maddə 407, № 7, maddə 590, № 8, maddələr 662, 663, 674, 675, 679, № 9, maddə 743, № 11, maddələr 942, 945; 2007, № 1, maddə 11, № 2, maddə 87, № 3, maddə 230, № 7, maddə 715, № 8, maddələr 767, 769, № 11, maddələr 1110, 1116, 1120, № 12, maddə 1227; 2008, № 1, maddə 7, № 3, maddə 186, № 6, maddələr 504, 507, № 7, maddə 617, № 8, maddə 713, № 9, maddə 798, № 10, maddə 894, № 11, maddələr 969, 971, 980, № 12, maddələr 1060, 1061, 1062, 1065; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 5, maddə 330, № 7, maddələr 532, 535, 539, 540, 542, № 9, maddə 688, № 10, maddələr 776, 785, № 12, maddələr 979, 993; 2010, № 2, maddə 80, № 3, maddələr 180, 189, № 5, maddə 393, № 7, maddələr 606, 607, 610, № 8, maddələr 721, 725, № 10, maddələr 847, 854, № 11, maddə 972; 2011, № 3, maddələr 174, 175, № 6, maddələr 490, 511, 513, № 10, maddə 895, № 12, maddələr 1117, 1129; 2012, № 1, maddə 7, № 2, maddə 64, № 3, maddə 199, № 4, maddə 284, № 5, maddə 424, № 6, maddə 544, № 7, maddələr 682, 692, 698, № 11, maddələr 1097, 1113, № 12, maddə 1237; 2013, № 3, maddə 238, № 4, maddələr 371, 378, № 5, maddə 500, № 6, maddə 658, № 8, maddələr 892, 894, 907, № 9, maddələr 1042, 1057, 1058; 2014, № 2, maddələr 105, 112, № 4, maddələr 358, 364, № 5, maddə 477, № 6, maddə 634, № 7, maddələr 807, 815, № 9, maddələr 1027, 1032, № 10, maddə 1189, № 11, maddə 1378, № 12, maddə 1565; 2015, № 2, maddə 141) aşağıdakı dəyişikliklər edilsin:
1. 3.3-cü bənddən “253-1.3-cü,” sözləri çıxarılsın.
2. Aşağıdakı məzmunda 3.3-2-ci bənd əlavə edilsin:
“3.3-2. həmin Məcəllənin 253-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, sərhəd sığorta müqaviləsinə və Azərbaycan Yaşıl Kartı növünə münasibətdə - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 iyun 2015-ci il.
4 İyun 2015, 09:061 Mart 2018, 12:03
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
1 Mart 2018, 12:03
“Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
1 Mart 2018, 12:03
“Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 Mart 2018, 12:03
Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 Mart 2018, 12:03
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
1 Mart 2018, 12:03
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 fevral tarixli 980-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Fevral 2018, 08:02
Mingəçevir şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Fevral 2018, 08:02
2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizəd kimi qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI ətraflı...
26 Fevral 2018, 08:02
Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
26 Fevral 2018, 08:02
Sosial müavinətlərin məbləğinin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...