Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikası qanunvericiliyinin vaxtaşırı təkmilləşdirilməsindən və seçki (referendum) münasibətlərinin daha mükəmməl nizama salınması zərurətindən irəli gələn Azərbaycan Respublikası Seçki Məcəlləsinin tətbiqi və seçkilərin (referendumun) hazırlanıb keçirilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş bir sıra hüquqi aktların təkmilləşdirilməsinə ehtiyac yaranmışdır.
Ona görə də Mərkəzi Seçki Komissiyasının qüvvədə olan “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimat” və “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə xüsusi seçki hesablarının açılması qaydaları haqqında Təlimat”ının struktur elementlərinə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanununun 30-cu maddəsinə uyğun olaraq müvafiq dəyişikliklər edilməlidir.
Bununla yanaşı, Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində həmin dəyişikliklərin rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 4 iyul 2005-ci il tarixli 23/45 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimat”a aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.11-ci bəndə “imza” sözündən əvvəl “Namizəd özü və təşəbbüs qrupu tərəfindən irəli sürülübsə” sözləri əlavə edilsin;
1.2. 2.1-ci bənd müvafiq olaraq nömrələnsin.
2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 6 may 2010-cu il tarixli 10/49-2 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə xüsusi seçki hesablarının açılması qaydaları haqqında Təlimat”a aşağıdakı dəyişikliklər edilsin:
2.1. Preambuladan sonra “1. Ümumi müddəalar” sözləri əlavə edilsin, Təlimatın strukturuna daxil olan hissə, bənd və yarımbəndlər müvafiq olaraq nömrələnsin.
3. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
27 May 2015, 09:058 Noyabr 2016, 09:11
Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında ətraflı...
8 Noyabr 2016, 09:11
Bakı Metropoliteninin bir qrup işçisinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
8 Noyabr 2016, 09:11
Y.H.Davıdova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında ətraflı...
8 Noyabr 2016, 09:11
K.S.İmanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
8 Noyabr 2016, 09:11
Azərbaycan Respublikasının televiziya və radio işçilərinin təltif edilməsi haqqında ətraflı...
8 Noyabr 2016, 09:11
Televiziya və radio işçilərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında ətraflı...
8 Noyabr 2016, 09:11
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
8 Noyabr 2016, 09:11
Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında ətraflı...
7 Noyabr 2016, 09:11
Balakən rayonunun Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
7 Noyabr 2016, 09:11
Bakı şəhəri Sabunçu rayonunun Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...