Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №4, II kitab, maddə 251, №5, maddə 323, №12, maddə 835; 2001, №1, maddə 24, №7, maddə 455; 2002, №1, maddə 9, №5, maddələr 236, 248, 258, №6, maddə 326, №8, maddə 465; 2003, №6, maddələr 276, 279, №8, maddələr 424, 425, №12, I kitab, maddə 676; 2004, №1, maddə 10, №4, maddə 200, №5, maddə 321, №8, maddə 598, №10, maddə 762, № 11, maddə 900; 2005, №1, maddə 3, №6, maddə 462, №7, maddə 575, №10, maddə 904, №11, maddə 994; 2006, №2, maddələr 71, 72, 75, №5, maddə 390, №12, maddələr 1008, 1020, 1028; 2007, №2, maddə 68, №5, maddə 398, №6, maddələr 560, 562, 579, №8, maddə 757, №10, maddələr 937, 941, №11, maddələr 1049, 1080, 1090, №12, maddə 1221; 2008, №6, maddələr 454, 461, №7, maddə 602, №10, maddə 884, №12, maddələr 1047, 1049; 2009, №5, maddə 315, №7, maddə 517, №12, maddə 953; 2010, №2, maddə 70, №3, maddələr 171, 178, №4, maddələr 275, 276, №7, maddə 591; 2011, №4, maddə 253, №6, maddə 472, №7, maddələr 587, 601, 621, №11, maddə 980, №12, maddə 1093; 2012, №2, maddə 45, №3, maddələr 193, 196, №7, maddələr 666, 669, 673, №11, maddə 1068, №12, maddə 1223; 2013, № 1, maddə 14, № 2, maddə 102, № 4, maddə 364, № 5, maddələr 459, 479, 481, № 6, maddələr 594, 600, № 11, maddələr 1264, 1286, 1312, № 12, maddə 1492; 2014, № 2, maddələr 89, 95, № 4, maddə 327, № 6, maddələr 618, 622; Azərbaycan Respublikasının 2015-ci il 13 fevral tarixli 1191-IVQD nömrəli, 6 mart tarixli 1222-IVQD və 1231-IVQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 314-2-ci maddənin adında “Qanunvericiliklə” sözü “Qanunla” sözü ilə əvəz edilsin.

2. 314-2.1-ci və 314-2.2-ci maddələrin dispozisiyasında “Qanunvericiliklə müəyyən olunmuş qaydaları” sözləri “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini” sözləri ilə əvəz edilsin və həmin maddələrə “icazə vermə” sözlərindən sonra “, yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməmə” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 aprel 2015-ci il.

27 May 2015, 09:05

http://www.azertag.net

10421—10430 / 10511

15 Yanvar 2014, 08:01

“ADA” Universitetinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

14 Yanvar 2014, 09:01

R.B.Əskərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

13 Yanvar 2014, 09:01

2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

13 Yanvar 2014, 09:01

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 3 dekabr tarixli 833-IVQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 Dekabr 2013, 09:12

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında   ətraflı...

29 Dekabr 2013, 09:12

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

29 Dekabr 2013, 09:12

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

29 Dekabr 2013, 09:12

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 3 dekabr tarixli 837-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 802 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

29 Dekabr 2013, 09:12

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında   ətraflı...

28 Dekabr 2013, 09:12

2013-cü il noyabrın 21-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Belarus Respublikasının Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üçün məsləhətləşmələr Planı” haqqında   ətraflı...