“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 10, maddə 716; 2009, № 12, maddə 988; 2010, № 11, maddə 966; 2013, № 7, maddə 808; 2014, № 7, maddə 819) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci bənddə “ikinci cümləsində,” sözlərindən sonra “24-2.1-ci maddəsinin ikinci cümləsində” sözləri əlavə edilsin;

2. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“2.4. həmin Qanununun 24-1.5-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini birinci halda Azərbaycan Respublikasının Nazirlər Kabineti, ikinci halda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 may 2015-ci il.

20 May 2015, 09:05

http://www.azertag.net

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...