“Azərbaycan Respublikasında keçirilən seçkilərdə namizədin gəlirlərinin miqdarı, mənbələri, mülkiyyəti vəəmlakları barədə məlumatların təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsinə dair

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası qanunvericiliyinin vaxtaşırı təkmilləşdirilməsindən və seçki (referendum) münasibətlərinin daha mükəmməl nizama salınması zərurətindən irəli gələn Azərbaycan Respublikası Seçki Məcəlləsinin tətbiqi və seçkilərin (referendumun) hazırlanıb keçirilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş bir sıra hüquqi aktların təkmilləşdirilməsinə ehtiyac yaranmışdır.

 

Ona görə də, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanununun normativ xarakterli aktlara dair yeni tələbləri (struktur elementləri, dərc və s.) və qüvvədə olan müvafiq hüquqi aktlarla tənzimlənən

münasibətlərin daha da mükəmməl nizama salınması zərurəti əsas götürülərək, yeni “Azərbaycan Respublikasında keçirilən seçkilərdə namizədin gəlirlərinin miqdarı, mənbələri, mülkiyyəti və əmlakları barədə məlumatların təqdim edilməsi Qaydaları”nın qəbul edilməsi yolu ilə qüvvədə olan və eyni münasibətləri tənzimləyən aktlar qüvvədən düşmüş hesab edilməli, qəbul edilən aktın qüvvəyə minməsi və rəsmi dərc edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə müvafiq tədbirlər görülməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. “Azərbaycan Respublikasında keçirilən seçkilərdə namizədin gəlirlərinin miqdarı, mənbələri, mülkiyyəti və əmlakları barədə məlumatların təqdim edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qaydalar qüvvəyə mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 28 avqust 2004-cü il tarixli 16/99 saylı Qərarı ilə təsdiq edilmiş “Bələdiyyə üzvlüyünə namizədin gəlirlərinin miqdarı, mənbələri, mülkiyyəti və əmlakı barədə məlumatın toplanması Qaydası”, 4 iyul 2005-ci il tarixli 13/43 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədin gəlirlərinin miqdarı və mənbəyi, əmlakı barədə məlumatın toplanması Qaydası” və 18 iyun 2013-cü il tarixli 6/42 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentliyinə namizədin gəlirlərinin miqdarı, mənbələri, mülkiyyəti və əmlakları barədə məlumatların təqdim edilməsi Qaydası” qüvvədən düşmüş hesab edilsin.

3. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın 1-ci bəndində göstərilmiş Qaydaların rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr                               Məzahir Pənahov

Katib                               Arifə Muxtarova

Katib                               Mikayıl Rəhimov

18 May 2015, 09:05

http://www.azertag.net

4321—4330 / 10511

27 Dekabr 2017, 09:12

Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında   ətraflı...

27 Dekabr 2017, 09:12

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında   ətraflı...

27 Dekabr 2017, 09:12

“Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

27 Dekabr 2017, 09:12

“Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 1599 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

27 Dekabr 2017, 09:12

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

27 Dekabr 2017, 09:12

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında   ətraflı...

27 Dekabr 2017, 09:12

F.X.Kazımovun Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilməsi haqqında   ətraflı...

26 Dekabr 2017, 09:12

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

26 Dekabr 2017, 09:12

“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə   ətraflı...

26 Dekabr 2017, 09:12

Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında   ətraflı...