“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə vətəndaşların öz təşəbbüsü ilə deputatlığa namizədliyinin irəli sürülməsi, seçicilərin təşəbbüs qruplarının yaradılması və onlar tərəfindən deputatlığa namizədin irəli sürülməsi qaydaları haqqında Təlimat”a dəyişiklik edilməsinə dair

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası qanunvericiliyinin vaxtaşırı təkmilləşdirilməsi və seçki (referendum) münasibətlərinin daha mükəmməl nizama salınması zərurətindən irəli gələrək Azərbaycan Respublikası Seçki Məcəlləsinin tətbiqi və seçkilərin (referendumun) hazırlanıb keçirilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş bir sıra hüquqi aktların təkmilləşdirilməsinə ehtiyac yaranmışdır.

 

Ona görə də Mərkəzi Seçki Komissiyasının qüvvədə olan “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə vətəndaşların öz təşəbbüsü ilə deputatlığa namizədliyinin irəli sürülməsi, seçicilərin təşəbbüs qruplarının yaradılması və onlar tərəfindən deputatlığa namizədin irəli sürülməsi qaydaları haqqında Təlimat”ının struktur elementlərinə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanununun 30-cu maddəsinə uyğun olaraq müvafiq dəyişikliklər edilməlidir.

Bununla yanaşı, Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində həmin dəyişikliklərin rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2005-ci il 4 iyul tarixli 13/38 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə vətəndaşların öz təşəbbüsü ilə deputatlığa namizədliyinin irəli sürülməsi, seçicilərin təşəbbüs qruplarının yaradılması və onlar tərəfindən deputatlığa namizədin irəli sürülməsi qaydaları haqqında Təlimat”a aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci bənd preambula hesab edilsin;

1.2. Preambuladan sonra “1. Ümumi müddəalar” sözləri əlavə edilsin;

1.3. 2.2-ci bəndə və 3.4.3-cü yarımbəndə “təhsili,” sözündən sonra “şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi,” “yeri,” sözündən sonra “tutduğu vəzifə” sözləri əlavə edilsin, “və.s” çıxarılsın:

1.4. “3.4.6”-cı yarımbənd müvafiq olaraq “3.5”-ci bənd hesab edilsin və həmin bəndə “nümayəndəsinə” sözündən sonra “seçicilərin təşəbbüs qrupunun nümayəndəsinə” sözləri əlavə edilsin:

1.5. “3.4.7”-ci yarımbənd müvafiq olaraq “3.6”-cı bənd hesab edilsin və həmin bənddə “namizədin” sözü “namizədə və ya onun” sözləri ilə əvəz edilsin.

2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr                               Məzahir Pənahov

Katib                               Arifə Muxtarova

Katib                                Mikayıl Rəhimov

18 May 2015, 09:05

http://www.azertag.net

4331—4340 / 10511

26 Dekabr 2017, 09:12

Minimum aylıq əməkhaqqının artırılması haqqında   ətraflı...

26 Dekabr 2017, 09:12

Q.İ.Təhməzlinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edilməsi haqqında   ətraflı...

22 Dekabr 2017, 09:12

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında   ətraflı...

22 Dekabr 2017, 09:12

V.C.Cəfərovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...

21 Dekabr 2017, 09:12

Sumqayıt şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

21 Dekabr 2017, 09:12

Sumqayıt şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında   ətraflı...

21 Dekabr 2017, 09:12

Ö.H.Eldarovun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

20 Dekabr 2017, 10:12

Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası   ətraflı...

20 Dekabr 2017, 10:12

Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği   ətraflı...

20 Dekabr 2017, 10:12

“Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın, “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği”nin və “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi haqqında   ətraflı...