“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

 “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci və 21.6-cı maddələrinə görə siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilir və hesabatları Komissiya öz rəsmi internet səhifəsində yerləşdirir.

 

Həmin fəaliyyətin həyata keçirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyası Katibliyinin strukturunda müvafiq dəyişikliklər edilmişdir. Bununla əlaqədar “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişikliklərin edilməsi zərurəti yaranmışdır.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 28.5-ci maddələrini rəhbər tutaraq qərara alır:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24 fevral 2012-ci il tarixli 1/4 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”yə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1.10-cu yarımbəndə aşağıdakı məzmunda abzas əlavə edilsin:

“2.1.10.1. siyasi partiyaların illik maliyyə hesabatlarının qəbul edilməsini, nəzərdən keçirilməsini, ümumiləşdirilməsini və ictimailəşdirilməsini təmin edir;”

1.2. 3.2.5-ci və 3.2.9-cu yarımbəndlərə aşağıdakı məzmunda abzaslar əlavə edilsin:

“3.2.5.2. Siyasi partiyaların sənədləri ilə iş sektoru;

3.2.9.1. Siyasi partiyaların maliyyə hesabatları üzrə iş sektoru”;

1.3. 3.2.5.1.-ci abzasdakı və 4.13-cü bənddəki “Sənədlərlə iş sektoru” sözləri “Kargüzarlıq sektoru” sözləri ilə əvəz edilsin.

1.4. 4-cü hissəyə aşağıdakı məzmunda bənd və yarımbəndlər əlavə edilsin:

“4.14. Siyasi partiyaların sənədləri ilə iş sektoru;

4.14.1. siyasi partiyalar tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş sənədlərin kargüzarlığın aparılmasına dair tələblərə uyğunluğunu yoxlayır.

4.20. Siyasi partiyaların maliyyə hesabatları üzrə iş sektoru;

4.20.1. siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul edir, nəzərdən keçirir, ümumiləşdirir və ictimailəşdirir”.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                                Məzahir Pənahov

Katib                               Arifə Muxtarova

Katib                                Mikayı Rəhimov

18 May 2015, 09:05

http://www.azertag.net

111—120 / 10511

9 Fevral 2023, 15:02

“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

“Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...