Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Türkdilli xalqların mədəni irsinin qorunması, bərpası, təşviqi və inkişafı üçün 2009-cu il oktyabrın 3-də Azərbaycan Respublikasının Naxçıvan şəhərində keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısında qəbul edilmiş qərarı və həmin qərarın 2010-cu il sentyabrın 16-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə Toplantısında dəstəkləndiyini nəzərə alaraq, 2012-ci il avqustun 23-də Bişkek şəhərində Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası və Türkiyə Respublikası hökumətləri tərəfindən imzalanmış Nizamnaməyə əsasən yerləşmə yeri Bakı şəhəri olmaqla yaradılmış Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin təmin edilməsi məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Türk Mədəniyyəti və İrsi Fondunun strukturunu və işçilərinin say həddini bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.2. Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin təşkili ilə bağlı bina, nəqliyyat və maddi-texniki təminat məsələlərini iki ay müddətində həll etsin;
1.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:
2.1. Azərbaycan tərəfinin Türk Mədəniyyəti və İrsi Fondunda iştirakı üzrə hər maliyyə ili üçün məcburi pay ödənişinin məbləği barədə təklifini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə hazırlayıb Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasına təqdim etsin;
2.2. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti vəzifəsinə namizədliyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olan dövlətlər tərəfindən təsdiq edilmiş Günay Elçin qızı Əfəndiyevanın həmin vəzifəyə təyin olunması ilə bağlı təklifi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Dövlət Başçıları Şurasına təqdim etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 may 2015-ci il.
8 May 2015, 09:0517 İyun 2022, 07:06
Azərbaycan Respublikasının səhiyyə işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 İyun 2022, 07:06
Q.M.Məmmədovun Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
14 İyun 2022, 15:06
Qəbələ rayonunun Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
14 İyun 2022, 15:06
T.İ.Mirzəyevə “Xalq artisti” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
14 İyun 2022, 15:06
T.İ.Mirzəyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
13 İyun 2022, 16:06
Neftçala rayonunun Neftçala–Xol Qaraqaşlı–Şorsulu (7 km)–Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
13 İyun 2022, 16:06
“Əhalinin sağlamlığının qorunması haqqında” və “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
13 İyun 2022, 16:06
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
13 İyun 2022, 16:06
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli 692 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti haqqında Əsasnamə”də, 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda və 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
10 İyun 2022, 20:06
“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...