Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türkdilli xalqların mədəni irsinin qorunması, bərpası, təşviqi və inkişafı üçün 2009-cu il oktyabrın 3-də Azərbaycan Respublikasının Naxçıvan şəhərində keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısında qəbul edilmiş qərarı və həmin qərarın 2010-cu il sentyabrın 16-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə Toplantısında dəstəkləndiyini nəzərə alaraq, 2012-ci il avqustun 23-də Bişkek şəhərində Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası və Türkiyə Respublikası hökumətləri tərəfindən imzalanmış Nizamnaməyə əsasən yerləşmə yeri Bakı şəhəri olmaqla yaradılmış Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin təmin edilməsi məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Türk Mədəniyyəti və İrsi Fondunun strukturunu və işçilərinin say həddini bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin təşkili ilə bağlı bina, nəqliyyat və maddi-texniki təminat məsələlərini iki ay müddətində həll etsin;

1.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

2.1. Azərbaycan tərəfinin Türk Mədəniyyəti və İrsi Fondunda iştirakı üzrə hər maliyyə ili üçün məcburi pay ödənişinin məbləği barədə təklifini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə hazırlayıb Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasına təqdim etsin;

2.2. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti vəzifəsinə namizədliyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olan dövlətlər tərəfindən təsdiq edilmiş Günay Elçin qızı Əfəndiyevanın həmin vəzifəyə təyin olunması ilə bağlı təklifi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Dövlət Başçıları Şurasına təqdim etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 may 2015-ci il.

8 May 2015, 09:05

http://www.azertag.net

3681—3690 / 10511

14 May 2018, 08:05

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1123-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

11 May 2018, 08:05

“Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

11 May 2018, 08:05

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə”də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

11 May 2018, 08:05

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

11 May 2018, 08:05

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

11 May 2018, 08:05

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

11 May 2018, 08:05

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

11 May 2018, 08:05

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

11 May 2018, 08:05

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

11 May 2018, 08:05

“Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918−2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1072-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...