Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsini “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 352-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, (II kitab), maddə 585; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003, № 6, maddə 276; 2004, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761, № 11, maddə 890; 2005, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686, № 10, maddə 874, № 12, maddə 1079; 2006, № 1, maddə 3, № 2, maddə 64, № 5, maddə 390, № 10, maddə 847, № 11, maddə 929, № 12, maddə 1032; 2007, № 2, maddələr 65, 68, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddə 1221; 2008, № 6, maddə 462, № 7, maddələr 606, 607, № 12, maddələr 1045, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 966; 2010, № 3, maddələr 171, 173, 178, № 7, maddə 593, № 12, maddə 1058; 2011, № 6, maddə 480, № 7, maddələr 589, 599; 2012, № 7, maddə 674, № 11, maddə 1062, № 12, maddə 1215; 2013, № 2, maddə 77, № 6, maddələr 616, 626, № 7, maddə 786; Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 746-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 7.0.38-1-ci maddə əlavə edilsin:
“7.0.38-1. həbs yerləri – tutulmuş və ya həbs edilmiş şəxsin saxlanılması üçün nəzərdə tutulmuş müvəqqəti saxlama yerləri, istintaq təcridxanaları və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin qarnizon hauptvaxtlarıdır;”.
2. 7.0.40-cı maddədə “həbsdə saxlanılma yerində (istintaq təcridxanalarında)” sözləri “həbs yerlərində” sözləri ilə əvəz edilsin.
3. 90.7.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
“90.7.6. tutulduqdan dərhal sonra tutulduğu və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək; əgər tutulmuş şəxs əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxsdirsə, onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan Respublikasında olan diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilata bu barədə dərhal məlumat vermək;”.
4. 90.7.24-cü, 90.11.7-ci, 91.5.42-ci, 91.8.9-cu və 153.1-ci maddələrdə “bu Məcəllədə” sözlərindən sonra “, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri əlavə edilsin.
5. 91.5.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
“91.5.6. tutulduqdan dərhal sonra tutulduğu və ya həbsə alındığı və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək; əgər tutulmuş şəxs əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxsdirsə, onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan Respublikasında olan diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilata bu barədə dərhal məlumat vermək;”.
6. Aşağıdakı məzmunda 148.5-ci maddə əlavə edilsin:
“148.5. Cinayət törətməkdə şübhəli olduğu üçün tutulmuş şəxsin müvəqqəti saxlama yerində saxlanılması cinayət prosesini həyata keçirən orqanlar tərəfindən tərtib edilmiş tutulma haqqında protokol əsasında həyata keçirilir.”.
7. 152.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“152.1. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələsinin həlli məqsədi ilə məhkumun tutulması yalnız məhkəmənin qərarına əsasən həyata keçirilir. Məhkumun tutulması barədə məhkəmə qərarının çıxarılması üçün aşağıdakı hallarda cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti əsasında prokuror tərəfindən müvafiq təqdimat verilir:”.
8. 153.2.12-ci maddədə “161.0.1–161.0.8, 161.0.10-cu maddələrində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək” sözləri “153.3-cü maddəsində nəzərdə tutulmuş hallarda tutulmuş şəxsi dərhal azad etmək” sözləri ilə əvəz edilsin.
9. Aşağıdakı məzmunda 153.2-1-ci maddə əlavə edilsin:
“153.2-1. Müvəqqəti saxlama yerinin müdiriyyəti həmçinin bu Məcəllənin 161-ci maddəsində (161.1.5-ci, 161.1.15-ci – 16.1.17-ci maddələr istisna olmaqla) nəzərdə tutulmuş vəzifələri daşıyır.”.
10. 153.4-cü maddədə “həbsdə saxlama yeri üzrə müdiriyyətin rəhbəri tərəfindən azad edilə bilər” sözləri “saxlama yerinin rəisi tərəfindən azad edilir” sözləri ilə əvəz edilsin.
11. 157.3-cü maddədə “bu müddət keçənədək” sözləri “bu müddət bitənədək o,” sözləri ilə əvəz edilsin və mötərizədəki sözlər aşağıdakı redaksiyada verilsin:
“(şəxsin nəqliyyat vasitələri ilə istintaq təcridxanasına aparılması müddəti göstərilən müddətə daxil deyildir)”.
12. Aşağıdakı məzmunda 159-1-ci maddə əlavə edilsin:
“Maddə 159-1. Həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi
159-1.1. İstintaq təcridxanasının yerləşdiyi yaşayış məntəqəsindən uzaq yerdə istintaq hərəkətlərinin aparılması və ya həbs edilmiş şəxsin məhkəmə icraatında iştirakının təmin edilməsi zərurəti olduqda və onun hər gün gətirilib aparılması mümkün olmadıqda, həbs edilmiş şəxs məhkəmənin əsaslandırılmış qərarı ilə 1 ayda 10 gündən artıq olmayan müddətə istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilə bilər. Həbs edilmiş şəxsin vəsatəti əsasında həmin müddət məhkəmənin əsaslandırılmış qərarı ilə məhkəmə icraatının sonunadək uzadıla bilər.
159-1.2. İstintaq təcridxanasının yerləşdiyi yaşayış məntəqəsindən uzaq yerdə istintaq hərəkətlərinin aparılması məqsədi ilə həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsini zəruri hesab edən müstəntiq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora bu barədə əsaslandırılmış vəsatət verir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi zərurəti ilə razılaşdıqda, bu barədə həbs qətimkan tədbiri haqqında qərarı çıxarmış məhkəməyə təqdimatla müraciət edir. Məhkəmə təqsirləndirilən şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi barədə təqdimata məhkəmə nəzarəti qaydasında baxır və həbs edilmiş şəxsin müddəti göstərilməklə istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul edir.
159-1.3. Həbs edilmiş şəxsin məhkəmə icraatında iştirakının təmin edilməsi zərurəti ilə bağlı, onun istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi məhkəmə baxışı zamanı tərəflərin vəsatəti əsasında məhkəmənin qərarı ilə həyata keçirilir.
159-1.4. Həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi və ya bundan imtina edilməsi barədə məhkəmənin qərarından cinayət prosesinin tərəfləri apellyasiya instansiyası məhkəməsinə şikayət verə bilərlər. Apellyasiya instansiyası məhkəməsinin bu məsələyə dair qərarı qətidir.
159-1.5. Həbs edilmiş şəxs istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirildikdə və geri qaytarıldıqda tibbi müayinədən keçirilir.
159-1.6. Həbs edilmiş şəxsin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi qadağandır.”.
13. 161-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 161. İstintaq təcridxanasının müdiriyyətinin vəzifələri
161.1. İstintaq təcridxanasının müdiriyyətinin aşağıdakı vəzifələri vardır:
161.1.1. istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etmək və dərhal aşağıdakı məlumatları qeydə almaq:
161.1.1.1. adı, atasının adı, soyadı, anadan olduğu tarix və yer, yaşadığı ünvan;
161.1.1.2. şəxsin həbs edilməsinin əsası və onun həbs edilməsi barədə qərarı qəbul etmiş orqan;
161.1.1.3. istintaq təcridxanasına gətirilmənin tarixi və vaxtı;
161.1.1.4. həbs edilmiş şəxsə məxsus olan və saxlanılmaq üçün anbara təhvil verilən əşyaların siyahısı;
161.1.1.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar barədə şikayəti;
161.1.1.6. həkim sirrinə aid tələblər nəzərə alınmaqla, həbs edilmiş şəxsin özünün və ya digər şəxslərin saxlanılması şəraitinə təsir göstərə biləcək psixi və fiziki qüsurları barədə məlumatlar;
161.1.2. həbs edilmiş şəxs istintaq təcridxanasına gətirildikdən dərhal sonra ona həbsə alındığı və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək imkanını yaratmaq (istintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsin qocalığı, yetkinlik yaşına çatmaması, sağlamlıq və psixi vəziyyəti ilə bağlı hallar istisna olmaqla, belə məlumatları öz təşəbbüsü ilə verə bilməz) əgər həbs edilmiş şəxs əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxsdirsə, onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan Respublikasında olan diplomatik nümayəndəliyinə və ya konsulluğuna bu barədə dərhal məlumat vermək və bu cür məlumatın verildiyini qeydə almaq;
161.1.3. həbs edilmiş şəxsin istintaq təcridxanasına gətirildikdən sonra təxirə salınmadan tibbi müayinədən keçirilməsini təmin etmək;
161.1.4. həbs edilmiş şəxsləri hüquq və vəzifələri, daxili intizam qaydaları, istintaq təcridxanasında saxlanılma rejimi, təklif, ərizə və şikayətlərin verilməsi qaydası ilə tanış etmək və onlara bu barədə izahat vermək;
161.1.5. həbs edilmiş şəxslərin müdafiəçisi, qanuni nümayəndəsi, yaxın qohumları ilə və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə görüşlərini təmin etmək;
161.1.6. həbs edilmiş şəxslərin istintaq təcridxanasında şəxsi təhlükəsizliyini təmin etmək;
161.1.7. həbs edilmiş şəxslərin ünvanına daxil olan prosessual sənədlərin surətlərini həmin sənədlərin daxil olduğu gün, sənədlər gecə vaxtı daxil olmuşdursa, səhər saat 12-dək onlara vermək;
161.1.8. həbs edilmiş şəxslərin təklif, şikayət və ərizələrini qeydiyyata almaq;
161.1.9. həbs edilmiş şəxslərin məktub, teleqram, təklif, ərizə və şikayətlərinin qanunla müəyyən edilmiş qaydada göndərilməsini təmin etmək;
161.1.10. həbs edilmiş şəxslərin cinayət prosesini həyata keçirən orqana vaxtında çatdırılmasını təmin etmək;
161.1.11. eyni cinayət işi və ya əlaqəli bir neçə cinayət işi üzrə barəsində cinayət təqibi həyata keçirilən həbs edilmiş şəxsləri ayrılıqda saxlamaq, həbs edilmiş şəxsin digər həbs edilmiş şəxslərlə ünsiyyətinin qarşısını almaq, habelə həbs edilmiş şəxslərin qanunla müəyyən edilmiş saxlanılma rejiminə zidd olmayan digər məsələlər barədə cinayət prosesini həyata keçirən orqanın yazılı göstərişlərini yerinə yetirmək;
161.1.12. həbs edilmiş şəxslərin istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etməkdən imtina etməsi barədə protokol tərtib etmək;
161.1.13. cinayət prosesini həyata keçirən orqanın yazılı göstərişinə əsasən, həbs edilmiş şəxslərin iştirakı ilə istintaq təcridxanasında istintaq hərəkətlərinin, yaxud digər prosessual hərəkətlərin aparılmasına şərait yaratmaq;
161.1.14. həbs edilmiş şəxsləri məhkəmənin qərarına əsasən digər istintaq təcridxanasına köçürmək;
161.1.15. həbs edilmiş şəxsin telefonla danışmaq hüququnun təmin edilməsinə şərait yaratmaq;
161.1.16. həbs edilmiş şəxsin həbsdə saxlanılma müddətinin başa çatmasına 7 gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora bu barədə məlumat vermək;
161.1.17. həbs edilmiş şəxsin notariusun xidmətlərindən istifadə etməsinə şərait yaratmaq;
161.1.18. bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulmuş hallarda həbs edilmiş şəxsi dərhal həbsdən azad etmək.
161.2. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxs həbs yerinə gətirildikdən sonra keçirilmiş tibbi müayinənin nəticələrinin onun sağlamlığı barədə qeydə alınmış məlumatlara əlavə olunmasını təmin etməlidir.
161.3. Həbs edilmiş şəxsin prosessual hərəkətlərdə iştirak etməsi ilə əlaqədar onun barəsində aşağıdakı məlumatlar qeydə alınır:
161.3.1. prosessual hərəkəti həyata keçirən orqan;
161.3.2. prosessual hərəkətin yeri və vaxtı;
161.3.3. prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar barədə şikayət.”.
14. 162.4-cü maddədə “həbsdə saxlanma yeri müdiriyyətinin rəhbəri” sözləri “həbs yerinin rəisi” sözləri ilə əvəz edilsin.
15. 162.5-ci maddədə “həbsdə saxlanılma yerinin rəhbəri” sözləri “həbs yerinin rəisi” sözləri ilə əvəz edilsin və həmin maddəyə “azad edir” sözlərindən əvvəl “dərhal” sözü əlavə edilsin.
16. 164.7-ci maddənin ikinci cümləsində “həbsdə saxlama yerinin rəhbərinə” sözləri “həbs yerinin rəisinə” sözləri ilə əvəz edilsin.
17. 175.4-cü maddədə “həbsdə saxlanılma yeri müdiriyyətinin rəhbərinə” sözləri “həbs yerinin rəisinə” sözləri ilə əvəz edilsin.
18. 202.4-cü maddənin birinci və ikinci cümlələrində, 452.2-ci və 452.5.1-ci maddələrdə “həbsdə saxlama yerinin” sözləri “həbs yerinin” sözləri ilə əvəz edilsin.
19. 214.2.2-ci maddədə (hər iki halda) “həbsdə saxlanılma yerlərinin” sözləri “həbs yerlərinin” sözləri ilə əvəz edilsin.
20. 226.4-cü maddədə “onların həbsdə saxlanıldığı yerin müdiriyyəti vasitəsi ilə çağırılırlar” sözləri “həbs yerinin müdiriyyəti vasitəsilə çağırılır” sözləri ilə əvəz edilsin.
21. Aşağıdakı məzmunda 232.2-1-ci, 232.2-2-ci, 233.5-1-ci və 233.5-2-ci maddələr əlavə edilsin:
“232.2-1. Hüquqi yardım istədiyini bildirən tutulmuş şəxs hüquqi yardımı almayanadək dindirilməməli və ya onun dindirilməsi vəkilin iştirakı olmadan davam etdirilməməlidir.
232.2-2. Müdafiəçidən imtina etməyən tutulmuş şəxsin müdafiəçinin iştirakı olmadan verdiyi etirafedici ifadələrə məhkəmə baxışı zamanı sübut kimi istinad edilə bilməz. Həmin ifadələrin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müdafiə tərəfinin vəsatəti əsasında sübut qismində qəbul edilməsinə yol verilir.
233.5-1. Hüquqi yardım istədiyini bildirən təqsirləndirilən şəxs hüquqi yardımı almayanadək dindirilməməli və ya onun dindirilməsi vəkilin iştirakı olmadan davam etdirilməməlidir.
233.5-2. Müdafiəçidən imtina etməyən tutulmuş və ya həbs edilmiş təqsirləndirilən şəxsin müdafiəçinin iştirakı olmadan verdiyi etirafedici ifadələrə məhkəmə baxışı zamanı sübut kimi istinad edilə bilməz. Həmin ifadələrin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müdafiə tərəfinin vəsatəti əsasında sübut qismində qəbul edilməsinə yol verilir.”.
22. 442.2.1-ci və 448.4-cü maddələrə “tətbiq edilməsinə” sözlərindən sonra “, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsinə” sözləri əlavə edilsin.
23. 442.4.1-ci maddəyə, 446-cı maddənin adına, 446.1-ci, 446.1.2-ci, 446.2.4-cü, 446.2.5-ci və 446.3-cü maddələrə “tətbiq edilməsi” sözlərindən sonra “, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi” sözləri, 446.2.6-cı, 446.2.10-cu və 446.4-cü maddələrə “tətbiq edilməsinin” sözlərindən sonra “, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsinin” sözləri, 446.2.8-ci maddəyə isə “tətbiq edilməsini” sözlərindən sonra “, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsini” sözləri əlavə edilsin.
24. 447-ci maddənin adına, 447.1-ci, 447.3-cü, 447.5-ci, 447.6-cı və 447.7-ci maddələrə “tətbiq edilməsi” sözlərindən sonra “, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi” sözləri əlavə edilsin.
25. 448-ci maddənin adına, 448.1-ci, 448.6-cı və 449.3.6-cı maddələrə “tətbiq edilməsi” sözlərindən sonra “, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi” sözləri əlavə edilsin.
26. 448.1.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 448.1.4-cü maddə əlavə edilsin:
“448.1.4. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi və ya bundan imtina edilməsi barədə.”.
27. 448.8-ci maddəyə “tətbiq edilməsinə” sözlərindən sonra “, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsinə” sözləri, “tətbiq edilməsinin” sözlərindən sonra “, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsinin” sözləri əlavə edilsin.
28. 448.6.3-cü və 453.8.3-cü maddələrdə “həbsdə saxlanılma yerinin” sözləri “saxlanıldığı həbs yerinin” sözləri ilə əvəz edilsin.
29. 449.1.2-ci maddədə “həbsdə saxlanılma yerlərində” sözləri “həbs yerlərində” sözləri ilə əvəz edilsin.
30. 449.3.3-cü maddədə “tutulmuş” sözündən sonra “və ya həbs edilmiş” sözləri əlavə edilsin.
31. 452.1.3-cü maddədə “həbsdə saxlanılma yeri” sözləri “həbs yerinin” sözləri ilə əvəz edilsin.
32. 453.9-cu maddədə “Həbsdə saxlanılma yerinin” sözləri “Həbs yerinin” sözləri ilə əvəz edilsin.
33. 454-cü maddəyə “həyata keçirilməsi” sözlərindən sonra “həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi məsələsi və ya bundan imtina edilməsi,” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 2013-cü il.
11 Fevral 2014, 09:02
10 İyul 2014, 09:07
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 986-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
10 İyul 2014, 09:07
“Kəşfiyyat vəəks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
10 İyul 2014, 09:07
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1014-IVQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
10 İyul 2014, 09:07
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 990-IVQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
10 İyul 2014, 09:07
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 989-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
10 İyul 2014, 09:07
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
10 İyul 2014, 09:07
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 991-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
10 İyul 2014, 09:07
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
10 İyul 2014, 09:07
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1000-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
10 İyul 2014, 09:07
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...