“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

 

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 613; 2010, № 6, maddə 489; 2011, № 2, maddə 71; 2013, № 11, maddə 1281, 2014, № 4, maddə 340) aşağıdakı dəyişikliklər edilsin:

1. 40.5-ci maddə ləğv edilsin.

2. Aşağıdakı məzmunda 40-1-ci maddə əlavə edilsin:

“Maddə 40-1. Kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi

zamanı zorakılığın qarşısının alınması, ictimai təhlükəsizliyin

və ictimai asayişin təmin edilməsi

40-1.1. Kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərində, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə, eləcə də idman obyektlərinə bitişik ərazilərdə və təxliyyə yollarında zorakılığın qarşısının alınması, yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyi və ictimai asayiş bu Qanuna və “Polis haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təmin edilir.

40-1.2. Kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyinin təmin olunması və ictimai asayişin mühafizəsi məqsədi ilə aşağıdakı şəxslərin və əşyaların buraxılmasına yol verilmir:

40-1.2.1. idman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə keçməyə hüquq verən giriş bileti və ya onu əvəz edən digər sənədi olmayan şəxslər;

40-1.2.2. sifətini maska ilə gizlədən şəxslər;

40-1.2.3. şəxsi baxışdan və ya üzərindəki əşyaların yoxlanılmasından imtina edən şəxslər;

40-1.2.4. bütün növ alkoqollu içkilər; narkotik vasitələr, psixotrop maddələr, onların analoqları, toksik təsir göstərən maddələr; soyuq, odlu, qaz və digər tipli silahlar, silahların ayrı-ayrı hissələri, partlayıcı maddələr və döyüş sursatları, habelə soyuq, odlu, qaz və digər silahlara, partlayıcı maddələrə və döyüş sursatlarına oxşar vasitələr; pirotexniki vasitələr; insanların həyatına və sağlamlığına təhlükə törədə, fiziki və hüquqi şəxslərə maddi ziyan vura, kütləvi idman tədbirlərinin keçirilməsinə maneələr yarada bilən xüsusi hazırlanmış və ya uyğunlaşdırılmış vasitələr;

40-1.2.5. məzmunu ictimai qaydanı, vətəndaşların hüquq və qanuni maraqlarını pozmağa yönəlmiş, eləcə də zorakılığın, irqi, milli və dini ayrı-seçkiliyin, müharibənin təbliği ilə bağlı bayraqlar, emblemlər, simvollar, plakatlar, transparantlar və başqa vasitələr;

40-1.2.6. sərxoşluq vəziyyətində olan, habelə narkotik vasitələrin, psixotrop maddələrin, onların analoqlarının, toksik təsir göstərən maddələrin təsiri altında olan şəxslər;

40-1.2.7. kütləvi idman tədbirlərinin keçirilməsi qaydalarının pozulmasına yönəlmiş hərəkətlərə yol verən, ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsinə maneçilik törədən, digər şəxsləri bu cür hərəkətlərə təhrik edən şəxslər, qrup şəklində ifrat azarkeşlik edən şəxslər.

40-1.3. Vətəndaşların şəxsi baxışını və onların üzərindəki əşyaların yoxlanılmasını ictimai asayişi təmin edən şəxslər xüsusi texniki vasitələrlə həyata keçirirlər. Şəxsi baxış yalnız həmin şəxslə eyni cinsdən olan şəxslər tərəfindən həyata keçirilir.

40-1.4. Kütləvi idman tədbirləri həyata keçirilən zaman idman obyektlərinin ərazilərində və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə aşağıdakılar qadağandır:

40-1.4.1. açıq odlu mənbələrdən istifadə etmək, siqaret çəkmək, alkoqollu içkilər qəbul etmək, narkotik vasitələrdən, psixotrop maddələrdən, onların analoqlarından, habelə toksik təsir edən maddələrdən istifadə etmək;

40-1.4.2. sifəti maska altında gizlətmək;

40-1.4.3. plakatlardan və digər vasitələrdən istifadə etməklə, eləcə də çıxışları və fəaliyyətləri ilə zorakılığı, dini, milli, irqi ayrı-seçkiliyi və müharibəni təbliğ etmək;

40-1.4.4. kütləvi idman tədbirlərinin keçirilməsi zamanı xidməti vəzifələrini yerinə yetirən şəxslərə, tədbir iştirakçılarına və tamaşaçılara hər hansı formada mane olmaq, ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətin həyata keçirilməsinə imkan verməmək;

40-1.4.5. kütləvi idman tədbirlərinin təşkili və keçirilməsi qaydalarını başqa fəaliyyətlərlə pozmaq, bu işə digər şəxsləri cəlb etmək.

40-1.5. Bu Qanunun 40-1.2-ci və 40-1.4-cü maddələrinin tələblərini pozan şəxslər idman obyektlərinin ərazilərindən, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdən giriş biletlərinin dəyəri ödənilmədən kənarlaşdırılır, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunur.”.

3. 52.10-cu maddədə “giriş tariflərini” sözlərindən sonra “idman tədbirinin təşkilatçıları ilə birlikdə” sözləri əlavə edilsin və maddəyə aşağıdakı məzmunda yeni cümlələr əlavə edilsin:

“Olimpiya, paralimpiya, Avropa oyunlarının və dünya, Avropa və ölkə çempionatlarının keçirilməsi zamanı giriş biletlərinin tarifləri və satışı qaydası, daha çox tamaşaçının iştirakına imkan verməklə, idman tədbirinin təşkilatçısı (təşkilatçıları) tərəfindən müəyyən edilir. Bilet satışına nəzarət yolu ilə rəqib tamaşaçı qruplarının ayrı-ayrı zonalarda yerləşdirilməsi təmin edilir. İdman tədbirlərinə giriş biletlərinin saxtalaşdırılması və idman tədbirinin təşkilatçısı (təşkilatçıları) tərəfindən müəyyən olunmuş tariflərdən yüksək qiymətə satılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə səbəb olur.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 aprel 2015-ci il.

6 May 2015, 09:05

http://www.azertag.net

10341—10350 / 10511

4 Fevral 2014, 09:02

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

4 Fevral 2014, 09:02

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 878-IVQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

4 Fevral 2014, 09:02

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

4 Fevral 2014, 09:02

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 855-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

4 Fevral 2014, 09:02

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

4 Fevral 2014, 09:02

Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

4 Fevral 2014, 09:02

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 849-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

4 Fevral 2014, 09:02

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

4 Fevral 2014, 09:02

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 850-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

4 Fevral 2014, 09:02

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...