Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1079-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 14; 2001, № 11, maddə 669; 2002, № 5, maddə 237; 2006, № 6, maddə 478; 2007, № 8, maddə 756, № 11, maddə 1075; 2008, №8, maddə 701, № 10, maddə 886; 2009, № 4, maddə 211, № 7, maddə 519; 2010, № 3, maddə 171; 2013, № 3, maddə 230, № 5, maddə 471, № 11, maddələr 1297, 1310; 2014, № 11, maddə 1342) ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 18-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Birinci hissə aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21-ci maddəsi ilə müəyyən edilmiş müddətdə və qaydada olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.”.
2. İkinci hissənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketin (6 saylı Əlavə) blankları müvafiq icra hakimiyyəti orqanından əldə edilir.”.
3. Üçüncü-səkkizinci hissələr ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 aprel 2015-ci il.
5 May 2015, 09:0522 Aprel 2016, 09:04
“Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə ətraflı...
22 Aprel 2016, 09:04
“Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında ətraflı...
22 Aprel 2016, 09:04
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
22 Aprel 2016, 09:04
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 5 aprel tarixli 189-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
21 Aprel 2016, 09:04
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə ətraflı...
21 Aprel 2016, 09:04
Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı ətraflı...
21 Aprel 2016, 09:04
Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı ətraflı...
21 Aprel 2016, 09:04
Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı ətraflı...
21 Aprel 2016, 09:04
Lisenziyalar və icazələr haqqında ətraflı...
21 Aprel 2016, 09:04
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Əsasnaməsi ətraflı...