“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

 

“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 477; 2008, № 10, maddə 886; 2009, № 12, maddə 966; 2010, № 10, maddə 837; 2011, № 3, maddə 162; 2013, № 5, maddə 475, № 12, maddə 1505; 2014, № 11, maddə 1347) 8.7-ci maddəsinin birinci cümləsində “Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda” sözləri “Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 aprel 2015-ci il.

5 May 2015, 09:05

http://www.azertag.net

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...