“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 616-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 may tarixli 895 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1055-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

 

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 616-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 may tarixli 895 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 516) aşağıdakı dəyişikliklər edilsin:

1. 3.1-ci bənddə “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar” sözləri “Pasportlar” sözü ilə əvəz edilsin.

2. 3.2-ci bəndin sonundakı nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilməklə 3.3-cü bənd ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 may 2015-ci il.

4 May 2015, 09:05

http://www.azertag.net

9251—9260 / 10511

18 Noyabr 2014, 09:11

Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi QAYDALARI   ətraflı...

18 Noyabr 2014, 09:11

“Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında   ətraflı...

18 Noyabr 2014, 09:11

Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları   ətraflı...

18 Noyabr 2014, 09:11

“Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında   ətraflı...

18 Noyabr 2014, 09:11

Şəmkir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında   ətraflı...

18 Noyabr 2014, 09:11

Omanın Sultanı Əlahəzrət Qabus bin Səidə   ətraflı...

18 Noyabr 2014, 09:11

Latviya Respublikasının Prezidenti Zati-aliləri cənab Andris Berzinşə   ətraflı...

18 Noyabr 2014, 09:11

“Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına   ətraflı...

18 Noyabr 2014, 09:11

Uşaqların Üçüncü Ümumrespublika Forumunun iştirakçılarına   ətraflı...

17 Noyabr 2014, 09:11

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...