“Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
“Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 23-24, maddə 366; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddələr 683, 686; 2004, № 2, maddə 57) 12-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissə üzrə:
1.1. ikinci abzasda “bazar subyektlərinə qanunsuz əldə olunmuş gəlirin” sözləri və üçüncü abzasda “haqsız rəqabət fəaliyyəti göstərilən dövrdə bazar subyektinin əldə etdiyi ümumi gəlirin” sözləri “haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla)” sözləri ilə əvəz edilsin;
1.2. dördüncü və beşinci abzaslarda “bazar subyektlərinə son üç ayda əldə edilmiş gəlirin” sözləri “bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla)” sözləri ilə əvəz edilsin.
2. 3-cü hissəyə aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin:
“Bazar subyektləri maliyyə sanksiyasını vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda müvafiq icra hakimiyyəti orqanı maliyyə sanksiyasının, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən həyata keçirilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 aprel 2015-ci il
30 Aprel 2015, 09:0431 Mart 2015, 09:03
"Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...
30 Mart 2015, 09:03
Ş.H. Məmmədovaya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun verilməsi haqqında ətraflı...
29 Mart 2015, 09:03
İ.L.Kərimova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında ətraflı...
29 Mart 2015, 09:03
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında ətraflı...
29 Mart 2015, 09:03
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında ətraflı...
19 Mart 2015, 09:03
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”ndə dəyişiklik edilməsi haqqında ətraflı...
19 Mart 2015, 09:03
Ümumi istifadədə olan ölkəəhəmiyyətli avtomobil yollarının qorunması haqqında ətraflı...
19 Mart 2015, 09:03
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
19 Mart 2015, 09:03
Azərbaycan Respublikasının Hökuməti ilə Şimali Osetiya-Alaniya Respublikasının (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə ətraflı...
19 Mart 2015, 09:03
“Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi barədə ətraflı...