“Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

 

“Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 23-24, maddə 366; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddələr 683, 686; 2004, № 2, maddə 57) 12-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissə üzrə:

1.1. ikinci abzasda “bazar subyektlərinə qanunsuz əldə olunmuş gəlirin” sözləri və üçüncü abzasda “haqsız rəqabət fəaliyyəti göstərilən dövrdə bazar subyektinin əldə etdiyi ümumi gəlirin” sözləri “haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla)” sözləri ilə əvəz edilsin;

1.2. dördüncü və beşinci abzaslarda “bazar subyektlərinə son üç ayda əldə edilmiş gəlirin” sözləri “bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla)” sözləri ilə əvəz edilsin.

 

2. 3-cü hissəyə aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin:

“Bazar subyektləri maliyyə sanksiyasını vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda müvafiq icra hakimiyyəti orqanı maliyyə sanksiyasının, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən həyata keçirilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 aprel 2015-ci il

30 Aprel 2015, 09:04

http://www.azertag.net

7041—7050 / 10511

30 Mart 2016, 09:03

İ.Ə.Mehdiyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

30 Mart 2016, 09:03

İ.Ə.Alışovun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Baş icraçı direktoru təyin edilməsi haqqında   ətraflı...

30 Mart 2016, 09:03

N.R.Məmmədovanın Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurası sədrinin müavini təyin edilməsi haqqında   ətraflı...

30 Mart 2016, 09:03

İ.E.Vəliyevin Azərbaycan Respublikası vergilər nazirinin müavini təyin edilməsi haqqında   ətraflı...

30 Mart 2016, 09:03

S.P.Məmmədxanovun Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini təyin edilməsi haqqında   ətraflı...

30 Mart 2016, 09:03

İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında   ətraflı...

30 Mart 2016, 09:03

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında   ətraflı...

29 Mart 2016, 09:03

A.D.İsgəndərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

29 Mart 2016, 09:03

C.Ə.Əliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

29 Mart 2016, 09:03

A.D.İsgəndərovun Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında   ətraflı...