Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemindən istifadə Qaydaları

Azərbaycan Respublikası Prezidentinin

2015-ci il 29 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi (bundan sonra – informasiya sistemi) “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli 314-IQ nömrəli Qanunu, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 52 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 347 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra hakimiyyəti başçıları aparatlarında sənədlərlə iş barədə Təlimat”, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat” və bu Qaydalar əsasında fəaliyyət göstərir.

1.0. Bu Qaydalar məxfi sənədlərə şamil olunmur.

1.1. İnformasiya sistemi ilə iş sistemin istifadəçiləri tərəfindən digər növ kargüzarlıq işlərindən ayrı aparılır.

1.2. İnformasiya sistemi yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətlərinin qeydiyyatının aparılmasını, onlara dair müxtəlif təhlillərin hazırlanmasını, statistik məlumatların və hesabatların əldə olunmasını, eləcə də müraciətlərin icrasına nəzarətin həyata keçirilməsini təmin edir.

1.5. İnformasiya sisteminin təsisçi-administratoru Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, sistemin operatoru Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, məsul şəxsləri yerli icra hakimiyyətinin başçılarıdır.

2. Əsas anlayışlar

2.0. Bu Qaydaların məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:

2.0.1. yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi – yerli icra hakimiyyəti orqanlarına bilavasitə vətəndaşlardan və ya vətəndaşların müraciətlərinə baxan subyektlərdən daxil olan təklif, ərizə və şikayətlərin qeydiyyat-nəzarət vərəqəsində qeydə alınmasını, onların icrasını və arxivləşdirilməsini təmin edən elektron məlumat bazası və proqram-texniki vasitələrin məcmusu;

2.0.2. informasiya sisteminin təsisçi-administratoru – informasiya sisteminin fəaliyyətinə, düzgün istismarına, təkmilləşdirilməsinə və digər təşkilati məsələlərə nəzarəti həyata keçirən subyekt;

2.0.3. informasiya sisteminin operatoru – məlumat bazasının və proqram-texniki vasitələrin fasiləsiz fəaliyyətini və təkmilləşdirilməsini təmin edən subyekt;

2.0.4. informasiya sisteminin məsul şəxsləri – informasiya sisteminin fəaliyyətinin yerli icra hakimiyyəti orqanlarında təşkilinə, istifadəsinə və təhlükəsizliyinə cavabdeh olan yerli icra hakimiyyətinin başçısı və ya onun səlahiyyət verdiyi digər vəzifəli şəxsləri;

2.0.5. informasiya sisteminin istifadəçiləri – informasiya sisteminin məsul şəxslərinin qərarı əsasında həmin sistemlə işləməyə buraxılmış və sistemə daxil edilən məlumatların dəqiqliyinə, tamlığına və etibarlılığına cavabdeh olan şəxslər;

2.0.6. identifikasiya kodu – informasiya sisteminə daxil olmaq üçün sistemin istifadəçisinə verilən istifadəçi adı və şifrə.

3. İnformasiya sisteminin fəaliyyətinin prinsipləri

3.0. İnformasiya sisteminin fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır:

3.0.1. informasiya sistemindən eyni zamanda çoxsaylı istifadəçinin istifadə etməsinin mümkünlüyü;

3.0.2. informasiya sistemində informasiya mübadiləsində bir-biri ilə uzlaşa bilən texnologiyaların, formatların, protokolların və proqram-texniki vasitələrin tətbiq edilməsi;

3.0.3. sistemin iştirakçıları tərəfindən yalnız sertifikatlaşdırılmış proqram təminatından və proqram-texniki vasitələrdən istifadə edilməsi;

3.0.4. informasiya sisteminə daxil edilən məlumatların dəqiqliyinin, tamlığının və etibarlılığının təmin edilməsi;

3.0.5. sistemin fəaliyyəti zamanı informasiya təhlükəsizliyinin təmin edilməsi.

4. İnformasiya sisteminin quruluşu

4.1. İnformasiya sistemi aşağıdakı elementlərdən ibarətdir:

4.1.1. informasiya sisteminin mərkəzləşdirilmiş server avadanlığı;

4.1.2. informasiya sistemi istifadəçilərinin iş yerləri;

4.1.3. mühafizə olunan rabitə kanalları.

4.2. İnformasiya sisteminin mərkəzləşdirilmiş server avadanlığı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin server otaqlarında yerləşdirilir.

4.3. İnformasiya sisteminin mərkəzləşdirilmiş server avadanlığının texniki vasitələrinə serverlər, yaddaş sistemləri, kommunikasiya avadanlığı, informasiyanı mühafizə vasitələri, fasiləsiz enerji mənbəyi və digər proqram-texniki vasitələr aiddir.

4.4. İnformasiya sisteminin ehtiyat mərkəzi yaradılır və sistemin proqram-texniki vasitələrinin nüsxəsi bu mərkəzdə saxlanılır. Mərkəz operatorun nəzarəti altında fəaliyyət göstərir.

4.5. İnformasiya sistemi istifadəçilərinin iş yerlərinin texniki vasitələrinə kompyuter dəsti, çap qurğusu, skaner daxildir. Bu texniki vasitələrin mühafizəsini, həmçinin informasiya sisteminə daxil edilən məlumatların təhlükəsizliyini təmin etmək üçün onlar informasiya sisteminin məsul şəxsləri tərəfindən ayrılmış xüsusi otaqlarda yerləşdirilməlidir.

4.6. İnformasiya sistemi istifadəçilərinin sayının artırılması, həmin saya uyğun texniki vasitələrin yerləşdirilməsi və (və ya) onların yerinin dəyişdirilməsi tələb olunduqda, rabitə kanallarının çəkilməsi, avadanlığın və proqram təminatının alınması üzrə kompleks işlər informasiya sisteminin məsul şəxslərinin maliyyə vəsaiti hesabına sistem operatoru tərəfindən Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə həyata keçirilir.

5. İnformasiya sisteminin təsisçi-administratorunun, operatorunun, məsul şəxslərinin və istifadəçilərinin əsas funksiyaları

5.1. İnformasiya sisteminin təsisçi-administratorunun əsas funksiyaları aşağıdakılardır:

5.1.1. informasiya sisteminin fəaliyyətinin bu Qaydaların 1.1-ci bəndində göstərilən normativ hüquqi aktların tələblərinə uyğun təşkilinə nəzarət etmək və həmin tələblər pozulduqda sistemin fəaliyyətini dayandırmaq;

5.1.2. informasiya sisteminin məsul şəxsləri və istifadəçiləri barədə məlumatları yerli icra hakimiyyəti orqanlarından almaq, ümumiləşdirmək və mütəmadi yeniləməklə təhlükəsizlik tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə təqdim etmək;

5.1.3. informasiya sisteminin təşkilati və metodiki təminatını həyata keçirmək;

5.1.4. informasiya sistemi istifadəçiləri tərəfindən sistemdə işin aparılmasını müşahidə etmək;

5.1.5. informasiya sisteminin operatoru tərəfindən informasiya sistemi istifadəçilərinin sayının artırılmasına, həmin saya uyğun texniki vasitələrin yerləşdirilməsinə və (və ya) onların yerinin dəyişdirilməsinə razılıq vermək;

5.1.6. operatorun iştirakı ilə informasiya sisteminin istifadəçiləri üçün təlimlər təşkil etmək;

5.1.7. informasiya sisteminin proqram təminatının təkmilləşdirilməsinə dair operatora təkliflər vermək.

5.2. İnformasiya sisteminin operatorunun əsas funksiyaları aşağıdakılardır:

5.2.1. informasiya sisteminə aid olan proqram-texniki vasitələrin fasiləsiz işini təmin etmək;

5.2.2. informasiya sisteminə aid proqram-aparat vasitələrinin monitorinqini aparmaq;

5.2.3. informasiya sistemində yaranan xətaları qeydə almaq və onları operativ həll etmək;

5.2.4. informasiya sisteminin təsisçi-administratorunun təklifləri əsasında sistemin proqram təminatının təkmilləşdirilməsini həyata keçirmək;

5.2.5. təsisçi-administratora informasiya sistemi istifadəçiləri tərəfindən sistemdə işin aparılmasını müşahidə etmək üçün texniki şərait yaratmaq;

5.2.6. informasiya sisteminə aid olan avadanlığın yenilənməsini təmin etmək;

5.2.7. informasiya sisteminin istifadəçiləri üçün təlimlərin keçirilməsində iştirak etmək.

5.3. İnformasiya sisteminin məsul şəxslərinin əsas funksiyaları aşağıdakılardır:

5.3.1. yerli icra hakimiyyəti orqanlarında informasiya sisteminin fəaliyyətini bu Qaydalarda müəyyən edilmiş tələblərə uyğun təşkil etmək, sistemin istifadəsinə və təhlükəsizliyinin qorunmasına nəzarət etmək;

5.3.2. informasiya sistemi istifadəçilərini müəyyən etmək və müntəzəm olaraq yeniləməklə onlar barədə məlumatları Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək;

5.3.3. yerli icra hakimiyyəti orqanında informasiya sistemi istifadəçilərinin sayının artırılması, həmin saya uyğun texniki vasitələrin yerləşdirilməsi və (və ya) onların yerinin dəyişdirilməsi ilə bağlı təsisçi-administratora müraciət etmək;

5.3.4. informasiya sistemi istifadəçilərinin fəaliyyətinə nəzarət etmək;

5.3.5. informasiya sistemi istifadəçiləri üçün təlimlərin keçirilməsinə şərait yaratmaq;

5.3.6. informasiya sisteminin tətbiqi üçün tələb olunan texniki vasitələrin alınmasını və lazımi iş şəraitinin yaradılmasını təmin etmək.

5.4. İnformasiya sistemi istifadəçilərinin funksiyaları aşağıdakılardır:

5.4.1. informasiya sistemindən bu Qaydalarda müəyyən edilmiş tələblərə uyğun istifadə etmək;

5.4.2. vətəndaşların müraciətlərini və onların icrası ilə bağlı digər məlumatları informasiya sistemində vaxtında və düzgün qeydiyyatdan keçirmək;

5.4.3. vətəndaşların müraciətlərini və onların icrası ilə bağlı yekun arayışları skan edərək sistemə daxil etmək;

5.4.4. informasiya sisteminə daxil edilən məlumatların dəqiqliyini, tamlığını və etibarlılığını təmin etmək;

5.4.5. informasiya-kommunikasiya texnologiyalarından istifadə vərdişlərini və bacarıqlarını mütəmadi təkmilləşdirmək;

5.4.6. informasiya sistemindən istifadə zamanı sistemdəki məlumatların, o cümlədən fərdi identifikasiya kodlarının qorunması və onların yayılmasının qarşısının alınması məqsədi ilə kənar şəxslərin sistemə icazəsiz girişinə yol verməmək;

5.4.7. informasiya sisteminə qoşulan kompyuter avadanlığının virus və digər zərərverici proqramlardan qorunması məqsədi ilə yaddaş kartları, elektron daşıyıcılar və digər kənar avadanlıqdan təhlükəsiz istifadə olunmasını təmin etmək;

5.4.8. informasiya sisteminin fəaliyyətini ləngidəcək, ona zərər gətirəcək və ya onun fəaliyyətinin dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək.

6. İnformasiya sisteminin fəaliyyətinin təşkili

6.1. İnformasiya sistemi istifadəçilərinin sistemə qoşulması aşağıdakı qaydada həyata keçirilir:

6.1.1. informasiya sisteminin məsul şəxsləri informasiya sisteminin mərkəzləşdirilmiş server avadanlığına qoşulmaq üçün təsisçi-administratora müraciət edirlər;

6.1.2. informasiya sisteminin təsisçi-adminsitratoru informasiya sistemi istifadəçilərinin iş yerlərinin mərkəzləşdirilmiş server avadanlığına qoşulmasını operatorun texniki tələblərə uyğunluğa dair rəyi əsasında təmin edir;

6.1.3. informasiya sisteminin operatoru mərkəzləşdirilmiş server avadanlığının qurulmasını, onun fəaliyyətini, proqram-texniki vasitələrin istifadəsini və tələbata uyğun təkmilləşdirilməsini təmin edir.

6.2. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yerli icra hakimiyyəti orqanlarında istifadəçilərin iş yerlərinin mərkəzi serverlərlə əlaqələndirilməsi üçün mühafizə olunan rabitə kanallarının qurulmasını, vahid şəbəkədə birləşdirilməsini və həmin şəbəkənin təhlükəsizliyini təmin edir.

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi informasiya sisteminin proqram təminatının işlənilməsini, quraşdırılmasını, təkmilləşdirilməsini təmin edir və informasiya sisteminin fəaliyyətini təmin etmək üçün istifadəçilərə identifikasiya kodunun və ya elektron imza sertifikatlarının verilməsini təmin edir.

30 Aprel 2015, 09:04

http://www.azertag.net

511—520 / 10511

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2010-cu il 4 iyun tarixli 275 nömrəli, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2010-cu il 4 iyun tarixli 276 nömrəli, “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2010-cu il 24 noyabr tarixli 358 nömrəli, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2011-ci il 15 fevral tarixli 383 nömrəli, “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında” 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli və “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 19 dekabr tarixli 546 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2005-ci il 23 mart tarixli 213 nömrəli, “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 3 iyun tarixli 248 nömrəli, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 7 iyun tarixli 252 nömrəli, “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin təsdiq edilməsi barədə” 2006-cı il 13 fevral tarixli 363 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 2 avqust tarixli 439 nömrəli, “Müsadirə edilmiş əmlakın bir hissəsinin hüquq mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2006-cı il 16 oktyabr tarixli 469 nömrəli, “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2007-ci il 6 fevral tarixli 527 nömrəli, “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 11 aprel tarixli 564 nömrəli və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2007-ci il 22 may tarixli 576 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli, “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2018-ci il 28 dekabr tarixli 448 nömrəli, “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 28 dekabr tarixli 460 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1545-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2019-cu il 3 aprel tarixli 606 nömrəli və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 10 aprel tarixli 617 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” 2015-ci il 4 may tarixli 1206 nömrəli, “Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə” 2015-ci il 26 noyabr tarixli 1582 nömrəli, “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında” 2016-cı il 2 mart tarixli 1843 nömrəli, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2016-cı il 5 may tarixli 2032 nömrəli, “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli, “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin ləğv edilməsi haqqında” 2016-cı il 22 dekabr tarixli 2566 nömrəli, “2017-ci ilin məhsulu üçün taxıl əkini sahələrində monitorinqin həyata keçirilməsi haqqında” 2017-ci il 27 mart tarixli 2768 nömrəli, “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsi ilə bağlı tədbirlər haqqında” 2017-ci il 19 iyul tarixli 3120 nömrəli, “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli və “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 9 fevral tarixli 3657 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “2010-cu il sentyabrın 23-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Bolqarıstan Respublikasının Özəlləşdirmə və Özəlləşdirmədənsonra Nəzarət Agentliyi arasında əməkdaşlıq haqqında Memorandum”un təsdiq edilməsi barədə” 2010-cu il 27 dekabr tarixli 1255 nömrəli və “2010-cu il oktyabrın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Koreya Respublikasının Strategiya və Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2010-cu il 27 dekabr tarixli 1257 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 Avqust 2022, 15:08

Ucar rayonunun Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunun tikintisi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 İyul 2022, 16:07

“Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hakimlərinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 may tarixli 414 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 İyul 2022, 16:07

“Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 İyul 2022, 16:07

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

29 İyul 2022, 16:07

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 567-VIQD nömrəli Qanununun tətbiqi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 29 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...