“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Son illərdə kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin səmərəliliyinin artırılması məqsədi ilə su anbarlarının və yeni sututarların yaradılması, eləcə də suvarma sistemlərinin gücləndirilməsi ilə bağlı məqsədyönlü tədbirlər görülür. Ölkədə bu istiqamətdə bir sıra iri layihələr həyata keçirilmiş və müasir texnoloji avadanlıqla təchiz edilən infrastruktur yaradılmışdır. Həyata keçirilən tədbirlər suvarmada mütərəqqi texnologiyaların tətbiqini və güclü suvarma sistemlərinin daha da genişləndirilməsini, bu sahəyə sahibkarların marağının və investisiya qoyuluşunun artırılmasını zəruri edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, müasir suvarma sisteminin inkişafına dəstək məqsədi ilə qərara alıram:

1. Baş verən uzunmüddətli quraqlıqların mənfi təsirinin aradan qaldırılması, su təminatının yaxşılaşdırılması, habelə bu sahəyə sahibkarların marağının artırılması və investisiya qoyuluşunun stimullaşdırılması məqsədi ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən fiziki və hüquqi şəxslərə lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

2.1. suvarma sistemləri dəstinə və avadanlığına tətbiq olunan güzəştin verilməsi qaydasını müəyyən etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 aprel 2015-ci il.

17 Aprel 2015, 09:04

http://www.azertag.net

8431—8440 / 10511

8 May 2015, 09:05

Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin təmin edilməsi haqqında   ətraflı...

8 May 2015, 09:05

M.M. İbrahimbəyovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

7 May 2015, 09:05

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında   ətraflı...

7 May 2015, 09:05

A.B. Səfərovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

7 May 2015, 09:05

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1270-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

7 May 2015, 09:05

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

6 May 2015, 09:05

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1271-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

6 May 2015, 09:05

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

6 May 2015, 09:05

Birləşmiş Millətlər Təşkilatının “İqlim dəyişmələri haqqında” Çərçivə Konvensiyasına dair Kioto Protokoluna Doha Düzəlişinin təsdiq edilməsi barədə   ətraflı...

5 May 2015, 09:05

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 3 aprel tarixli 1253-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...