“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Son illərdə kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin səmərəliliyinin artırılması məqsədi ilə su anbarlarının və yeni sututarların yaradılması, eləcə də suvarma sistemlərinin gücləndirilməsi ilə bağlı məqsədyönlü tədbirlər görülür. Ölkədə bu istiqamətdə bir sıra iri layihələr həyata keçirilmiş və müasir texnoloji avadanlıqla təchiz edilən infrastruktur yaradılmışdır. Həyata keçirilən tədbirlər suvarmada mütərəqqi texnologiyaların tətbiqini və güclü suvarma sistemlərinin daha da genişləndirilməsini, bu sahəyə sahibkarların marağının və investisiya qoyuluşunun artırılmasını zəruri edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, müasir suvarma sisteminin inkişafına dəstək məqsədi ilə qərara alıram:

1. Baş verən uzunmüddətli quraqlıqların mənfi təsirinin aradan qaldırılması, su təminatının yaxşılaşdırılması, habelə bu sahəyə sahibkarların marağının artırılması və investisiya qoyuluşunun stimullaşdırılması məqsədi ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən fiziki və hüquqi şəxslərə lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

2.1. suvarma sistemləri dəstinə və avadanlığına tətbiq olunan güzəştin verilməsi qaydasını müəyyən etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 aprel 2015-ci il.

17 Aprel 2015, 09:04

http://www.azertag.net

5401—5410 / 10511

17 May 2017, 09:05

Şeyxə Lətifə əl-Fəhd əl-Səlim əl-Sabahın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...

17 May 2017, 09:05

“20 Yanvar Şəhidi” fəxri adının verilməsi haqqında   ətraflı...

17 May 2017, 09:05

A.S.Məlikovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

17 May 2017, 09:05

“Cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində gücləndirilmiş təhlükəsizlik rejiminin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında   ətraflı...

16 May 2017, 06:05

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında   ətraflı...

16 May 2017, 06:05

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 134 saylı Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında   ətraflı...

16 May 2017, 06:05

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında   ətraflı...

16 May 2017, 06:05

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında   ətraflı...

16 May 2017, 06:05

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ADA” Universitetinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında   ətraflı...

16 May 2017, 06:05

Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında enerji sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə   ətraflı...