“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Son illərdə kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin səmərəliliyinin artırılması məqsədi ilə su anbarlarının və yeni sututarların yaradılması, eləcə də suvarma sistemlərinin gücləndirilməsi ilə bağlı məqsədyönlü tədbirlər görülür. Ölkədə bu istiqamətdə bir sıra iri layihələr həyata keçirilmiş və müasir texnoloji avadanlıqla təchiz edilən infrastruktur yaradılmışdır. Həyata keçirilən tədbirlər suvarmada mütərəqqi texnologiyaların tətbiqini və güclü suvarma sistemlərinin daha da genişləndirilməsini, bu sahəyə sahibkarların marağının və investisiya qoyuluşunun artırılmasını zəruri edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, müasir suvarma sisteminin inkişafına dəstək məqsədi ilə qərara alıram:
1. Baş verən uzunmüddətli quraqlıqların mənfi təsirinin aradan qaldırılması, su təminatının yaxşılaşdırılması, habelə bu sahəyə sahibkarların marağının artırılması və investisiya qoyuluşunun stimullaşdırılması məqsədi ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən fiziki və hüquqi şəxslərə lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:
2.1. suvarma sistemləri dəstinə və avadanlığına tətbiq olunan güzəştin verilməsi qaydasını müəyyən etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 aprel 2015-ci il.
17 Aprel 2015, 09:0413 Fevral 2018, 08:02
M.S.Şahverdiyevə general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
13 Fevral 2018, 08:02
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
13 Fevral 2018, 08:02
“Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
13 Fevral 2018, 08:02
Azərbaycan Respublikasının regionlarında uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Fevral 2018, 08:02
İ.N.Abbasovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Fevral 2018, 08:02
A.Y.Şarovskinin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Fevral 2018, 08:02
Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Fevral 2018, 08:02
Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Fevral 2018, 08:02
Qobustan Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Fevral 2018, 08:02
“Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...