Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalına sərf edilən yanacaq və motor yağlarına görə verilən güzəştin həcminin artırılması və təkrar (aralıq) əkinin həyata keçirilməsinin stimullaşdırılması məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 dekabr tarixli 413 nömrəli Fərmanının 1.10.1.3-cü yarımbəndində “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” xərclərində nəzərdə tutulmuş vəsait hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində və çoxillik əkmələrin aparılmasında istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımın həcminin 25 faiz artırılmasını təmin etsin.
2. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə verilən yardım, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən mineral gübrələrin güzəştlə satılmasına görə verilən subsidiya təkrar (aralıq) əkinlər aparan fiziki və hüquqi şəxslərə də ödənilsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci hissəsindən irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 aprel 2015-ci il.
16 Aprel 2015, 09:0420 Sentyabr 2016, 09:09
Azərbaycan Respublikasının neft sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında ətraflı...
19 Sentyabr 2016, 09:09
Pirallahı Sənaye Parkının yaradılması haqqında ətraflı...
19 Sentyabr 2016, 09:09
İcra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
19 Sentyabr 2016, 09:09
Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında ətraflı...
19 Sentyabr 2016, 09:09
2016/2017-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında ətraflı...
19 Sentyabr 2016, 09:09
H.Ə.Məmmədovun Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında ətraflı...
19 Sentyabr 2016, 09:09
Qusar şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında ətraflı...
8 Sentyabr 2016, 10:09
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
8 Sentyabr 2016, 10:09
“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) səsvermə günü Fransa Respublikasının “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə “exit-poll” keçirəcək qurum kimi qeydə alınması barədə ətraflı...
8 Sentyabr 2016, 10:09
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) səsvermə günü ABŞ-ın AJF&Associates İnc. Təşkilatı ilə birgə “exit-poll” keçirəcək qurum qeydə alınması barədə ətraflı...