Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsinə dair əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Son illərdə Lənkəran şəhərində geniş abadlıq-quruculuq işləri görülmüş, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən ən müasir tələblərə cavab verən Beynəlxalq Hava Limanı, Regional Müalicə Diaqnostika, Əlillərin Reabilitasiya və Uşaq Sağlamlıq Mərkəzləri, turizm obyektləri, Gənclər Mərkəzi istifadəyə verilmiş, Lənkəran Dövlət Dram Teatrının, Şəhər Mədəniyyət Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin, 350 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının binaları və Mərkəzi stadion əsaslı təmir olunmuş, Lənkəran şəhərinin su təchizatı sistemi təkmilləşdirilmiş, iri istehsal və emal müəssisələri yaradılmış, 35 mindən çox yeni iş yerləri açılmış, 7 çoxmənzilli yaşayış binasında əsaslı təmir işləri aparılmış, əlil və şəhid ailələri üçün 90 mənzilli 3, evləri qəzalı vəziyyətdə olan sakinlər üçün 80 mənzilli 3 yaşayış binası inşa edilmiş, şəhərdaxili yolların 8 kilometrlik hissəsi və yüz iyirmi beş min nəfər əhalinin yaşadığı 54 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 71,5 kilometr olan kəndlərarası avtomobil yolları yenidən qurulmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədi ilə Lənkəran Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 4,0 (dörd) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 aprel 2015-ci il.

15 Aprel 2015, 09:04

http://www.azertag.net

7921—7930 / 10511

23 Oktyabr 2015, 09:10

Mərkəzi Seçki Komissiyasının 13 oktyabr 2015-ci il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

23 Oktyabr 2015, 09:10

“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1348-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

23 Oktyabr 2015, 09:10

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

23 Oktyabr 2015, 09:10

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1347-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

23 Oktyabr 2015, 09:10

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

23 Oktyabr 2015, 09:10

“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1345-IVQD nömrəli Qanununun tətbiqi və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

23 Oktyabr 2015, 09:10

“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

23 Oktyabr 2015, 09:10

“Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

23 Oktyabr 2015, 09:10

Gömrük sahəsində nəzarətin həyata keçirilməsi iləəlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında   ətraflı...

23 Oktyabr 2015, 09:10

Lənkəran şəhəri ərazisinə yağan yağışlar nəticəsində dəymiş ziyanın aradan qaldırılması və çoxmənzilli binalarda təmir-bərpa işlərinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında   ətraflı...