Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4, II kitab, maddə 251, № 5, maddə 323, № 12, maddə 835; 2001, № 1, maddə 24, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12, I kitab, maddə 676; 2004, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005, № 1, maddə 3, № 6, maddə 462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə 994; 2006, № 2, maddələr 71, 72, 75, № 5, maddə 390, № 12, maddələr 1008, 1020, 1028; 2007, № 2, maddə 68, № 5, maddə 398, № 6, maddələr 560, 562, 579, № 8, maddə 757, № 10, maddələr 937, 941, № 11, maddələr 1049, 1080, 1090, № 12, maddə 1221; 2008, № 6, maddələr 454, 461, № 7, maddə 602, № 10, maddə 884, № 12, maddələr 1047, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 953; 2010, № 2, maddə 70, № 3, maddələr 171, 178, № 4, maddələr 275, 276, № 7, maddə 591; 2011, № 4, maddə 253, № 6, maddə 472, № 7, maddələr 587, 601, 621, № 11, maddə 980, № 12, maddə 1093; 2012, № 2, maddə 45, № 3, maddələr 193, 196, № 7, maddələr 666, 669, 673, № 11, maddə 1068, № 12, maddə 1223; 2013, № 1, maddə 14, № 2, maddə 102, № 4, maddə 364, № 5, maddələr 459, 479, 481, № 6, maddələr 594, 600, № 11, maddələr 1264, 1286, 1312, № 12, maddə 1492; 2014, № 2, maddələr 89, 95, № 4, maddə 327, № 6, maddələr 618, 622) aşağıdakı dəyişikliklər edilsin:
1. 250.1-ci və 252.2-ci maddələrdə “balıq ehtiyatlarına” sözləri “balıq və digər su bioresurslarına” sözləri ilə əvəz edilsin.
2. 256-cı maddə üzrə:
2.1. adında “Balıqları və başqa su heyvanlarını” sözləri “Balıq və digər su bioresurslarını” sözləri ilə əvəz edilsin;
2.2. 256.1-ci maddədə “Balıqların və ya başqa su heyvanlarının” sözləri “Balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin;
2.3. 256.2.2-ci maddədə “balıqların, yaxud başqa su heyvanlarının” sözləri “balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin.
3. 257-ci maddə üzrə:
3.1. adında “Balıq ehtiyatlarının” sözləri “Balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin;
3.2. dispozisiyada “balıq ehtiyatlarının” sözləri “balıq və digər su bioresurslarının” sözləri ilə, “balıqların və ya digər su heyvanlarının” sözləri “balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2015-ci il.
8 Aprel 2015, 09:047 İyul 2015, 09:07
Quba rayonunun Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
6 İyul 2015, 09:07
Füzuli rayonunun Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
3 İyul 2015, 09:07
Sabirabad rayonunun Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
2 İyul 2015, 09:07
Tovuz rayonunun Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
2 İyul 2015, 09:07
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında ətraflı...
2 İyul 2015, 09:07
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında ətraflı...
1 İyul 2015, 09:07
F.F.Məmmədovun «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilməsi haqqında ətraflı...
30 İyun 2015, 09:06
M.A.Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
30 İyun 2015, 09:06
I Avropa Oyunlarında uğurla çıxış etmiş idmançıların məşqçilərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında ətraflı...
30 İyun 2015, 09:06
I Avropa Oyunları qaliblərinin və Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında ətraflı...