Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 135; 1999, № 8, maddə 476; 2002, № 5, maddə 237; 2003, № 1, maddə 10; 2004, № 2, maddə 57; 2006, № 11, maddə 923; 2007, № 5, maddə 436, № 10, maddə 938; 2008, № 2, maddə 47; Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1129-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 35-ci maddənin onuncu abzasına “balıqçılıq” sözündən sonra “, o cümlədən akvakultura” sözləri əlavə edilsin.

2. 36-cı maddə üzrə:

2.1. birinci hissədə “həvəskar balıq ovu” sözləri “balıq və digər su bioresurslarının həvəskar ovu” sözləri ilə əvəz edilsin;

2.2. ikinci hissədə “təbiəti mühafizə” sözləri “ətraf mühitin mühafizəsini” sözləri ilə, “balıq ehtiyatlarını” sözləri “balıq və digər su bioresurslarını” sözləri ilə əvəz edilsin;

2.3. üçüncü hissədə “balıq” sözündən sonra “və digər su bioresurslarının” sözləri əlavə edilsin;

2.4. beşinci hissənin ikinci cümləsində “balıq tutmaq” sözləri “balıq və digər su bioresurslarının ovu” sözləri ilə əvəz edilsin.

3. 66-cı maddə üzrə:

3.1. birinci hissədə “Balıq ehtiyatlarının yetişdirilməsi, artırılması və ovlanması üçün vətəgə əhəmiyyətli” sözləri “Balıq və digər su bioresurslarının ovu, toplanması və akvakultura üçün balıqçılıq” sözləri ilə əvəz edilsin;

3.2. ikinci hissədə “Balıqçılıq əhəmiyyətli sututarlarından və ya onların ayrı-ayrı sahələrindən” sözləri “Balıqçılıq su obyektlərindən” sözləri ilə əvəz edilsin;

3.3. üçüncü hissədə “balıq ehtiyatlarının” sözləri “balıq və digər su bioresurslarının” sözləri ilə, “balıq təsərrüfatı meliorasiya” sözləri “balıqçılıq təsərrüfatı meliorasiyası” sözləri ilə əvəz edilsin.

4. 67-ci maddənin adında, birinci və ikinci hissələrində “balıq yetişdirilməsi və ovlanması” sözləri “balıq və digər su bioresurslarının ovu və akvakultura” sözləri ilə əvəz edilsin.

5. 68-ci maddə üzrə:

5.1. adında “İdman və həvəskar balıq ovu” sözləri “Balıq və digər su bioresurslarının idman və həvəskar ovu” sözləri ilə əvəz edilsin;

5.2. birinci hissə aşağıdakı redaksiyada verilsin:

“Xüsusi mühafizə olunan təbiət əraziləri və balıqartırma təsərrüfatları istisna olmaqla, digər balıqçılıq su obyektlərindən bu Məcəlləyə və su obyeklərindən istifadəyə dair digər normativ hüquqi aktlara uyğun olaraq balıq və digər su bioresurslarının idman və həvəskar ovu üçün istifadə edilə bilər.”;

5.3. ikinci hissədə “sututarları” sözü “dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərini” sözləri ilə əvəz edilsin;

5.4. üçüncü hissədə “idman və həvəskar balıq ovu” sözləri “balıq və digər su bioresurslarının idman və həvəskar ovu” sözləri ilə əvəz edilsin.

6. 69-cu maddə üzrə:

6.1. adından “əhəmiyyətli sututarlarda” sözləri çıxarılsın;

6.2. birinci cümlədə “Qiymətli balıq növlərinin, su heyvanlarının və bitkilərinin” sözləri “Qiymətli növ balıq və digər su bioresurslarının” sözləri ilə, “əhəmiyyətli sututarlarda” sözləri “balıqçılıq su obyektlərində” sözləri ilə əvəz edilsin;

6.3. ikinci cümlədə “sututarların” sözü “su obyektlərinin” sözləri ilə əvəz edilsin.

7. 70-ci maddə üzrə:

7.1. adında və birinci hissədə “əhəmiyyətli sututarlarda” sözləri “su obyektlərində” sözləri ilə əvəz edilsin;

7.2. birinci hissədə “balıq ehtiyatlarının” sözləri “balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin;

7.3. ikinci hissədə “əhəmiyyətli sututarlardan” sözləri “su obyektlərindən” sözləri ilə əvəz edilsin.

8. 71-ci maddə üzrə:

8.1. adında “əhəmiyyətli sututarların” sözləri “su obyektlərinin” sözləri ilə əvəz edilsin;

8.2. birinci abzasda “əhəmiyyətli sututarlarda” sözləri “su obyektlərində” sözləri ilə əvəz edilsin.

9. 75-ci maddənin ikinci hissəsində “balıq tutmaq, ov etmək, su bitkiləri yığmaq” sözləri “balıq və digər su bioresurslarını ovlamaq və toplamaq” sözləri ilə əvəz edilsin.

10. 81-ci maddənin birinci hissəsində “balıq ehtiyatlarının” sözləri “balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin.

11. 94-cü maddənin ikinci hissəsində “əhəmiyyətli sututarlarda” sözləri “su obyektlərində” sözləri ilə, “balıqların, digər su heyvanları və bitkilərinin” sözləri “balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 mart 2015-ci il.

6 Aprel 2015, 09:04

http://www.azertag.net

1611—1620 / 10511

22 Yanvar 2021, 18:01

Azərbaycan Respublikası Prezidentinin “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” 2011-ci il 21 dekabr tarixli 548 nömrəli və “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

22 Yanvar 2021, 18:01

Azərbaycan Respublikası Prezidentinin “İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında” 2006-cı il 30 mart tarixli 1395 nömrəli, “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” 2015-ci il 2 fevral tarixli 1011 nömrəli, “Mingəçevir Sənaye Parkının yaradılması haqqında” 2015-ci il 26 fevral tarixli 1077 nömrəli, “Qaradağ Sənaye Parkının yaradılması haqqında” 2015-ci il 3 iyun tarixli 1255 nömrəli, “Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında” 2016-cı il 13 iyun tarixli 2115 nömrəli, “Pirallahı Sənaye Parkının yaradılması haqqında” 2016-cı il 14 sentyabr tarixli 2336 nömrəli, “Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında” 2017-ci il 25 iyul tarixli 3127 nömrəli və “Sabirabad Sənaye Məhəlləsinin yaradılması haqqında” 2017-ci il 27 noyabr tarixli 3407 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

19 Yanvar 2021, 17:01

Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

19 Yanvar 2021, 17:01

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

19 Yanvar 2021, 17:01

Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

16 Yanvar 2021, 19:01

Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı   ətraflı...

16 Yanvar 2021, 19:01

“Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

15 Yanvar 2021, 20:01

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

15 Yanvar 2021, 20:01

“Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

15 Yanvar 2021, 20:01

“Azərbaycan Respublikasının Hərbi Əməliyyatlar Nəticəsində İşğal Olunmuş və Bununla Əlaqədar Zərər Çəkmiş Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyasının nəzdində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 854 nömrəli Sərəncamının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...