“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi bərədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 460; 2001, № 1, maddə 25, № 6, maddə 362; 2002, № 5, maddə 241; 2006, № 3, maddə 225; 2007, № 5, maddə 401; 2008, № 5, maddə 348; 2010, № 4, maddə 276) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddənin dördüncü abzasında “keçmişdə fəaliyyət göstərmiş” sözləri “fəaliyyəti dayandırılmış” sözləri ilə əvəz edilsin.

2. 9-cu maddənin 1-ci hissəsi (“a”-“ç” bəndlər istisna olmaqla) aşağıdakı redaksiyada verilsin:

“1. İflas haqqında iş üzrə məhkəmə baxışı təyin edildikdə, bu barədə kreditorlara xəbər verilməsi üçün ərizəçi məhkəmə baxışının tarixinə ən geci yeddi gün qalanadək həmin məhkəmə baxışı haqqında rəsmi dövri mətbu nəşrdə iki dəfə elan dərc etdirməlidir. Elanda aşağıdakılar göstərilməlidir:”.

3. 13-cü maddə üzrə:

3.1. 1-ci hissənin ikinci cümləsində “bir ay” sözləri “15 gün” sözləri ilə əvəz edilsin;

3.2. 2-ci hissənin “a” bəndində “14” rəqəmləri “7” rəqəmi ilə, “b” bəndində “Azərbaycan Respublikasında nəşr olunan rəsmi dövri mətbuat orqanında” sözləri “rəsmi dövri mətbu nəşrdə” sözləri ilə, “7” rəqəmi “3” rəqəmi ilə əvəz edilsin.

4. 15-ci maddənin 2-ci hissənin “b” bəndində və 21-ci maddənin “a” hissəsində “Azərbaycan Respublikasında nəşr olunan rəsmi dövri mətbuat orqanında” sözləri “rəsmi dövri mətbu nəşrdə” sözləri ilə əvəz edilsin.

5. 25-ci maddə üzrə:

5.1. 1-ci hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Borclunun aktivlərinin açıq hərrac yolu ilə satılması bu Qanunun 18-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş borclunun müflis elan olunması məqamından 30 gündən gec olmayaraq keçirilir.”;

5.2. 4-cü hissənin birinci cümləsində “14” rəqəmləri “7” rəqəmi ilə əvəz edilsin.

6. 30-cu maddənin 4-cü hissəsinə “barədə” sözündən sonra “dərhal” sözü əlavə edilsin.

7. 43-cü maddənin 3-cü hissəsinin birinci cümləsində “ən azı 30 gün” sözləri “10 iş günü” sözləri ilə əvəz edilsin.

8. 46-cı maddə üzrə:

8.1. 1-ci hissənin birinci cümləsində “28” rəqəmləri “7” rəqəmi ilə əvəz edilsin;

8.2. 2-ci və 3-cü hissələrdə “7” rəqəmi “3” rəqəmi ilə əvəz edilsin.

9. 47-ci maddənin 2-ci hissəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Əmlak inzibatçısı təyin edildikdən sonra 3 gün ərzində təminatlı kreditora borclunun müflis elan olunması haqqında bildiriş göndərir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 fevral 2015-ci il.

6 Aprel 2015, 09:04

http://www.azertag.net

4311—4320 / 10511

28 Dekabr 2017, 09:12

“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

28 Dekabr 2017, 09:12

R.S.Qvaladzenin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...

27 Dekabr 2017, 10:12

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi, BMT-nin Əhali Fondunun nümayəndəsi Qulam İshaqzaidən   ətraflı...

27 Dekabr 2017, 10:12

“Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 906-VQ nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

27 Dekabr 2017, 09:12

Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında   ətraflı...

27 Dekabr 2017, 09:12

“Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 907-VQ nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

27 Dekabr 2017, 09:12

Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında   ətraflı...

27 Dekabr 2017, 09:12

“İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 905-VQ nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

27 Dekabr 2017, 09:12

İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında   ətraflı...

27 Dekabr 2017, 09:12

“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 904-VQ nömrəli Qanununun tətbiqi barədə   ətraflı...