Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsini “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1010-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, (II kitab), maddə 585; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003, № 6, maddə 276; 2004, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761, № 11, maddə 890; 2005, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686, № 10, maddə 874, № 12, maddə 1079; 2006, № 1, maddə 3, № 2, maddə 64, № 5, maddə 390, № 10, maddə 847, № 11, maddə 929, № 12, maddə 1032; 2007, № 2, maddələr 65, 68, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddə 1221; 2008, № 6, maddə 462, № 7, maddələr 606, 607, № 12, maddələr 1045, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 966; 2010, № 3, maddələr 171, 173, 178, № 7, maddə 593, № 12, maddə 1058; 2011, № 6, maddə 480, № 7, maddələr 589, 599; 2012, № 7, maddə 674, № 11, maddə 1062, № 12, maddə 1215; 2013, № 2, maddə 77, № 6, maddələr 616, 626, № 7, maddə 786, № 11, maddə 1265, № 12, maddə 1493; 2014, № 2, maddələr 90, 102, № 4, maddələr 328, 344, № 6, maddə 600, № 11, maddələr 1354, 1362) aşağıdakı dəyişikliklər edilsin:
1. 7.0.12-ci maddədən “birinci instansiya məhkəməsinin andlı iclasçıların iştirakı ilə çıxarılmış və ya” sözləri çıxarılsın.
2. 7.0.14-cü maddədən “və ya andlı iclasçıların iştirakı ilə” sözləri çıxarılsın.
3. 7.0.15-7.0.17-ci, 7.0.44-cü, 24-cü, 79-cu, 81.3-cü, 82-ci, 83-cü, 84.6.6-cı, 91.5.26-cı, 92.9.13-cü, 110-cu, 111-ci, 125.9-cu, 192-ci, 197.1.3-cü maddələr, XLVI fəsil və 408.2.1 - 408.2.3-cü maddələr ləğv edilsin.
4. 25-ci maddənin adından və 25.4-cü maddədən “və andlı iclasçıların” sözləri, 25.1-25.3-cü maddələrdən “və andlı iclasçılar” sözləri, 25.5-ci maddədən “, andlı iclasçılardan” sözləri çıxarılsın.
5. 28.3-cü maddədən “və ya andlı iclasçı” sözləri çıxarılsın.
6. 33.1-ci maddədən “və andlı iclasçılar” sözləri, 33.4-cü maddədən “və andlı iclasçıların” sözləri çıxarılsın.
7. 41.5-ci maddənin ikinci cümləsi çıxarılsın.
8. 42.1.4-cü maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 42.1.5-ci maddə ləğv edilsin.
9. 73.2-ci maddədən “və andlılar məhkəməsi” sözləri çıxarılsın.
10. 78.3-cü maddədən “andlı iclasçıların iştirakı ilə və ya” sözləri, 78.6-cı maddədən “və ya andlı iclasçının” sözləri çıxarılsın.
11. 80.4-cü maddədə “Andlı iclasçıların iştirakı ilə, habelə hakimlər” sözləri “Hakimlər” sözü ilə əvəz edilsin.
12. 81.1-ci maddənin birinci cümləsi çıxarılsın.
13. 95.2.4-cü maddədən “andlı iclasçı,” sözləri çıxarılsın.
14. 99.2-ci maddədən “andlı iclasçılar,” sözləri çıxarılsın.
15. 107.2-ci maddədən “andlı iclasçının,” sözləri və “110,” rəqəmləri, 107.3.3-cü maddədən “, yaxud andlı iclasçıya” sözləri, 107.4-cü maddədən “və ya andlı iclasçıya” sözləri, 107.8-ci maddədən “, andlı iclasçı” sözləri, 107.9-cu maddədən isə “və bu halda andlı iclasçı hakimdən əvvəl kənarlaşdırılmalıdır” sözləri çıxarılsın.
16. 107.7-ci maddənin ikinci cümləsindən “və ya andlı iclasçıya” sözləri çıxarılsın və həmin maddədə “müvafiq olaraq hakimə, yaxud andlı iclasçıya” sözləri “hakimə” sözü ilə əvəz edilsin.
17. 109.3.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“109.3.1. birinci instansiya məhkəməsində cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala hakim tərəfindən təkbaşına baxıldıqda, hakimin özü-özünə və ya ona edilmiş etirazı - həmin məhkəmənin sədri;”.
18. 112.4.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“112.4.2. cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala hakim tərəfindən təkbaşına baxılması zamanı - məhkəmə iclasında sədrlik edən;”.
19. 114.1.1-ci maddədən “andlı iclasçı ilə,” sözləri, 114.1.2-ci maddədən “andlı iclasçı,” sözləri çıxarılsın.
20. 116.3.1-ci maddədən “və ya andlılar məhkəməsinin iştirakı ilə” sözləri çıxarılsın.
21. 117.3.3-cü maddədən “və ya andlı iclasçıların iştirakı ilə” sözləri çıxarılsın.
22. 118.3.2-ci maddədən “və ya andlı iclasçılar tərəfindən” sözləri çıxarılsın.
23. 145.2-ci maddədən “və ya andlı iclasçılar” sözləri çıxarılsın.
24. 299.3.5-ci maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 299.3.6-cı maddə ləğv edilsin.
25. 301.2.7-ci maddədən “və müvafiq hallarda andlı iclasçılar kollegiyasının seçilməsində iştirak etmək üçün çağırılmalı olan andlı iclasçılarının sayının müəyyən edilməsi” sözləri çıxarılsın.
26. 346.1.11-ci maddədən “güzəşt edilməsi, həmin cinayətə görə nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin edilməsi haqqında andlı iclasçıların verdikti,” sözləri çıxarılsın.
27. 381.2.3-381.2.5-ci maddələrdən “andlılar məhkəməsinin çıxardığı hökmlər istisna olmaqla,” sözləri çıxarılsın.
28. 408.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“408.1. Kassasiya şikayəti və ya kassasiya protesti bu Məcəllədə nəzərdə tutulmuş qaydada və hallarda apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan verilə bilər.”.
29. 412.1-ci maddənin ikinci cümləsindən, 414.2-ci və 416.0-cı maddələrdən “birinci və ya” sözləri çıxarılsın.
30. 414.4-cü maddənin ikinci cümləsindən “birinci, yaxud” sözləri çıxarılsın.
31. 414.7-ci maddədən “müvafiq olaraq birinci və ya” sözləri çıxarılsın.
32. 416.0.9-cu maddədən “və ya andlı iclasçıların verdiktinə uyğun olaraq güzəşt edib yolverilməz” sözləri çıxarılsın.
33. 416.0.17-ci maddədə “107-118” rəqəmləri “107-109, 112-118” rəqəmləri ilə əvəz edilsin.
34. 419.7-ci, 419.10.4-cü, 419.12-ci, 419.12.4-cü, 419.12.5-ci maddələrdən “müvafiq olaraq birinci və ya ” sözləri çıxarılsın.
35. 419.10.1-ci maddədən “müvafiq olaraq birinci və” sözləri çıxarılsın.
36. 419.10.2-ci maddədən “andlı iclasçıların iştirakı ilə birinci instansiya məhkəməsində və ya” sözləri çıxarılsın.
37. 420-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“420.1. Məhkəmənin hökmü və ya qərarı kassasiya qaydasında ləğv edildikdən sonra apellyasiya instansiyası məhkəməsində cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin yenidən baxılması bu Məcəllənin 381 - 407-ci maddələrinə müvafiq olaraq aparılır.
420.2. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət apellyasiya instansiyası məhkəməsinə yeni məhkəmə baxışına göndərilərkən məhkumun vəziyyətini pisləşdirən qərar yalnız hökmün dövlət ittihamçısının kassasiya protesti və ya zərər çəkmiş şəxsin, yaxud onun nümayəndəsinin kassasiya şikayəti əsasında ləğv edildiyi halda qəbul edilə bilər.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 fevral 2015-ci il.
6 Aprel 2015, 09:048 May 2018, 08:05
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
8 May 2018, 08:05
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
8 May 2018, 08:05
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
8 May 2018, 08:05
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
8 May 2018, 08:05
“Hökumət və xüsusi dövlət rabitəsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 583 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
8 May 2018, 08:05
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
8 May 2018, 08:05
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1034-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
7 May 2018, 08:05
Xızı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
7 May 2018, 08:05
Xaçmaz şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
7 May 2018, 08:05
Azərbaycan xalçaçılarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...