“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 583; 2004, № 1, maddə 10; 2005, № 4, maddə 278, № 6, maddə 469; 2006, № 11, maddə 932, № 12, maddə 1005; 2007, № 6, maddə 560, № 8, maddə 749, № 11, maddə 1053; 2009, № 6, maddə 394; 2010, № 7, maddə 600; 2011, № 2, maddə 70) aşağıdakı dəyişikliklər edilsin:

1. 16.11-ci maddədə “məhkəmə qarşısında iddia qaldıra bilər” sözləri “teleradio yayımı sahəsində müvafiq dövlət orqanına müraciət edir” sözləri ilə əvəz edilsin.

2. 23-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“23.1. Teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və ya bu Qanunun tələblərini pozduqda, xüsusi razılığın (lisenziyanın) qüvvəsi və ya hər hansı proqramın yayımı teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə bir ayadək müddətə müvəqqəti dayandırılır.

23.2. Xüsusi razılığın (lisenziyanın) qüvvəsinə teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə aşağıdakı hallarda xitam verilir:

23.2.1. xüsusi razılığın (lisenziyanın) sahibi həmin məqsədlə ərizə təqdim etdikdə;

23.2.2. xüsusi razılıq (lisenziya) yayımçının bilərəkdən təqdim etdiyi həqiqətə uyğun olmayan məlumatlar əsasında alındıqda;

23.2.3. yayım xüsusi razılıq (lisenziya) alındıqdan sonra altı ay müddətində həyata keçirilmədikdə;

23.2.4. xüsusi razılıqda (lisenziyada) müəyyən edilmiş yayım zonası bir il müddətində tam təmin edilmədikdə;

23.2.5. xüsusi razılığın (lisenziyanın) sahibinin müflisləşməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduqda;

23.2.6. teleradio yayımı texniki cəhətdən mümkün olmadıqda;

23.2.7. yayım ardıcıl olaraq 30 gün və ya bir il ərzində 60 gün əsassız həyata keçirilmədikdə;

23.2.8. yayımçı bir il müddətində azı üç dəfə teleradio yayımı sahəsində məsuliyyətə cəlb edildikdə;

23.2.9. xüsusi razılığın (lisenziyanın) sahibi olan hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs vəfat etdikdə.

23.3. Teleradio yayımı sahəsində müvafiq dövlət orqanının xüsusi razılığın (lisenziyanın) qüvvəsinin müvəqqəti dayandırılması və ya qüvvəsinə xitam verilməsi barədə qərarından şikayət həmin qərarın qüvvəyə mindiyi gündən 30 gün müddətində məhkəməyə verilir.

23.4. Dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda, xüsusi razılığın (lisenziyanın) qüvvəsinə teleradio yayımı sahəsində müvafiq dövlət orqanının iddiası əsasında məhkəmənin qərarı ilə xitam verilir.

23.5. Teleradio yayımı zamanı bu Qanunun tələblərinin və ya xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması ilə bağlı iddia ərizəsinə məhkəmə tərəfindən, iddia ərizəsinin təqdim edildiyi gündən ən geci 15 gün müddətində baxılır və məhkəmə aktı qəbul edilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 fevral 2015-ci il.

6 Aprel 2015, 09:04

http://www.azertag.net

5691—5700 / 10511

28 Fevral 2017, 09:02

“Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na 2 nömrəli əlavə   ətraflı...

28 Fevral 2017, 09:02

Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası   ətraflı...

28 Fevral 2017, 09:02

“Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında   ətraflı...

27 Fevral 2017, 09:02

Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Qərarı   ətraflı...

27 Fevral 2017, 09:02

Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

27 Fevral 2017, 09:02

2017-ci ildə quraşdırılması nəzərdə tutulan modul tipli su təmizləyici qurğuların yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı   ətraflı...

27 Fevral 2017, 09:02

Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında   ətraflı...

27 Fevral 2017, 09:02

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Sərəncamı   ətraflı...

24 Fevral 2017, 09:02

“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə   ətraflı...

24 Fevral 2017, 09:02

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 467-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...