2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin 95 saylı Tərtər seçki dairəsi dairə seçki komissiyasında məşvərətçi səs hüquqlu üzvü olmuş Xəqani Əsədulla oğlu Məmmədin 9 noyabr 2013-cü il tarixli 20 saylı müraciətinə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin 95 saylı Tərtər seçki dairəsinin dairə seçki komissiyasında məşvərətçi səs hüquqlu üzvü olmuş Xəqani Əsədulla oğlu Məmməd Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək səsvermə günü 95 saylı Tərtər seçki dairəsinin bəzi seçki məntəqələrində yol verilmiş qanun pozuntuları ilə bağlı adıçəkilən seçki dairəsinin dairə seçki komissiyasına 10 və 11 oktyabr 2013-cü il tarixlərində göndərdiyi müraciətlərə komissiya tərəfindən cavab verilmədiyini bildirib qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1-ci maddəsinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olduğundan icraata qəbul edilmiş, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq iddia edilən qanun pozuntularının müəyyən olunması üçün zəruri olan sübut əhəmiyyəti kəsb edən mümkün materialların toplanılması üçün lazımi addımlar atılmış, müraciətin araşdırılmasına dair müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma ilə müəyyən edilmişdir ki, prezidentliyə qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin 95 saylı Tərtər seçki dairəsinin dairə seçki komissiyasında məşvərətçi səs hüquqlu üzvü Xəqani Əsədulla oğlu Məmməd 11 və 12 oktyabr 2013-cü il tarixlərində şikayət ərizələri ilə adıçəkilən seçki dairəsinin dairə seçki komissiyasına müraciət edərək səsvermə günü 95 saylı Tərtər seçki dairəsinin bəzi seçki məntəqələrində qanun pozuntularının olduğunu iddia edərək müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Araşdırılma aparılan zaman müəyyən edilmişdir ki, Xəqani Əsədulla oğlu Məmmədin birinci şikayət ərizəsi 11 oktyabr, ikinci şikayət ərizəsi isə 12 oktyabr 2013-cü il tarixlərində “Azərpoçt” MMC-nin Tərtər poçt filialı vasitəsilə 95 saylı Tərtər seçki dairəsinin dairə seçki komissiyası sədrinin adına ünvanlanmışdır. Həmin şikayət ərizələri 18 oktyabr 2013-cü il tarixdə dairə seçki komissiyasına daxil olmuş, komissiya müraciətlərin ərizəçi tərəfindən poçt xidmətinə verilməsi tarixini nəzərə almamış, müraciətin şikayətvermə müddəti ötürülməklə daxil olduğunu əsas gətirərək təmin etməmiş və bu barədə 21 oktyabr 2013-cü il tarixli qərar qəbul etmişdir.
Bununla da dairə seçki komissiyası tərəfindən qərarın qəbul edilməsi, əsaslandırılması və tərtib edilməsi ilə əlaqədar prosessual pozuntuya yol verilməsi müəyyən edilmişdir. Ona görə də 95 saylı Tərtər seçki dairəsi dairə seçki komissiyasının qərarı Azərbaycan Respublikası Seçki Məcəlləsinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olmadığından ləğv edilməlidir.
Şikayətçinin xahişi nəzərə alınaraq, onun müraciəti səsvermə günü 95 saylı Tərtər seçki dairəsinin bəzi seçki məntəqələrində iddia edilən qanun pozuntuları ilə bağlı hissədə mahiyyəti üzrə araşdırılmaya qəbul edilmişdir.
Araşdırma zamanı müəyyən edilmişdir ki, səsvermə günü 95 saylı Tərtər seçki dairəsinin bəzi seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı ərizəçinin dairə seçki komissiyasına daxil olmuş müraciətlərinə adıçəkilən dairənin bir neçə seçki məntəqəsində müşahidə aparan şəxslər tərəfindən tərtib edilməsi, bu və ya digər pozuntunun baş verməsinin təsdiq edilməsi iddia edilən aktların kserosurətləri əlavə edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası hesab edir ki, araşdırma nəticəsində pozuntuların rəsmiləşdirildiyi iddia edilən aktların əsli deyil, heç bir sübut əhəmiyyəti daşımayan kserosurətləri müraciətə əlavə edildiyindən iddia edilən halların ən azı nədən ibarət olduğunu belə müəyyən etmək mümkün olmadığından və əlavə heç bir digər təsdiqedici sənəd və materiallar təqdim edilmədiyindən müraciət əsassız hesab edilərək təmin olunmamalıdır.
Belə ki, müraciətin araşdırılması prosesində ərizəçi ilə əlaqə yaradılmış, müraciətə əlavə olunmuş kserosurətlər heç bir hüquqi nəticə doğurmadığından, ondan, mövcud olduğu təqdirdə, həmin aktların əsillərinin təqdim edilməsi xahiş edilmiş, müraciətdə qeyd edilən hallarla əlaqədar əlavə sübutlara malikdirsə, ona həmin sübutları təqdim etmək təklif edilmişdir. Lakin ərizəçi tərəfindən araşdırmaya əlavə olaraq heç bir sübut və material təqdim edilməmişdir.
Qeyd edilməsi zəruridir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 oktyabr 2013-cü il tarixli qərarı ilə 2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri təsdiq və rəsmən elan edilmişdir.
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 2.6-cı, 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 41-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2 ,4, 6 və 7-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası qərara alır:
1. 2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin 95 saylı Tərtər seçki dairəsi dairə seçki komissiyasında məşvərətçi səs hüquqlu üzvü olmuş Xəqani Əsədulla oğlu Məmmədin 9 noyabr 2013-cü il tarixli 20 saylı müraciəti qismən təmin olunsun, 95 saylı Tərtər seçki dairəsi dairə seçki komissiyasının 21 oktyabr 2013-cü il tarixli, 10/77 saylı qərarı qanunvericiliyin tələblərinə uyğun olmadığından ləğv edilsin.
2. Müraciət 95 saylı Tərtər seçki dairəsinin bəzi seçki məntəqələrində yol verilmiş qanun pozuntuları hissəsində əsassız olduğundan təmin edilməsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
13 Noyabr 2013, 09:1121 Dekabr 2021, 07:12
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
21 Dekabr 2021, 07:12
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
21 Dekabr 2021, 07:12
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
21 Dekabr 2021, 07:12
“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
21 Dekabr 2021, 07:12
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
21 Dekabr 2021, 07:12
“Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
20 Dekabr 2021, 11:12
“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
20 Dekabr 2021, 11:12
“I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
20 Dekabr 2021, 11:12
“Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
20 Dekabr 2021, 11:12
“Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...