Məhsulun tədqiqi (sınağı) barədə qərarın nümunəvi formasının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 27
Bakı şəhəri, 30 yanvar 2014-cü il
Məhsulun tədqiqi (sınağı) barədə qərarın nümunəvi formasının təsdiq edilməsi haqqında
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Məhsulun tədqiqi (sınağı) barədə qərarın nümunəvi forması təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar 2014-cü il 1 mart tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 yanvar tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmişdir
_____________________________________________________________ (yoxlayıcı orqanın adı, ünvanı) Məhsulun tədqiqi (sınağı) barədə QƏRAR № ____
Məhsulun tədqiqi (sınağı) üçün məhsul nümunələrini götürmək səlahiyyəti olan yoxlayıcının vəzifəsi, soyadı, adı və atasının adı:________ ____________________________________________________________
Məhsulunun tədqiqi (sınağı) aparılacaq sahibkarın (onun təsərrüfat obyektinin) adı və yerləşdiyi ünvan:________________________________ _____________________________________________________________
Məhsulun tədqiqini (sınağını) əsaslandıran səbəblər:______________ _____________________________________________________________
Tədqiqi (sınağı) aparılacaq məhsulun adı: ___________________________ _____________________________________________________________
Tədqiqi (sınağı) aparılacaq məhsulu dəqiq müəyyən etmək imkanı verən məlumatlar (istehsalçı, model, istehsal tarixi, partiya və s.):________ _____________________________________________________________
Məhsulun götürülməli nümunələrinin sayı: Götürülmüş məhsul nümunələrinin uyğunluğunun yoxlanacağı parametrlər:___________________________________________________ _____________________________________________________________
Məhsulun tədqiqini (sınağını) aparacaq laboratoriyanın və ya digər təşkilatın adı:__________________________________________________ _____________________________________________________________
M.Y.
|
15 May 2014, 09:05
“Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında ətraflı...
13 May 2014, 13:05
H.İ.Abutalıbovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
12 May 2014, 17:05
A.M.Tuleyevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
12 May 2014, 09:05
Heydər Əliyev Fondu əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
12 May 2014, 09:05
Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında ətraflı...
8 May 2014, 09:05
M.S.Məmmədovun Tərtər rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında ətraflı...
8 May 2014, 09:05
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis edilməsi haqqında ətraflı...
8 May 2014, 09:05
Ş.N.Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
8 May 2014, 09:05
Mireya Aquero de Korralesin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
6 May 2014, 17:05
"Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə ətraflı...