Məhsulun tədqiqi (sınağı) məqsədi ilə məhsul nümunələrinin götürülməsi aktının nümunəvi formasının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 26

Bakı şəhəri, 30 yanvar 2014-cü il

Məhsulun tədqiqi (sınağı) məqsədi ilə məhsul nümunələrinin götürülməsi aktının nümunəvi formasının təsdiq edilməsi haqqında

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Məhsulun tədqiqi (sınağı) məqsədi ilə məhsul nümunələrinin götürülməsi aktının nümunəvi forması təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar 2014-cü il 1 mart tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2014-cü il 30 yanvar tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

_____________________________________________________________

(yoxlayıcı orqanın adı, ünvanı)

 MƏHSUL NÜMUNƏLƏRİNİN GÖTÜRÜLMƏSİ

АК T I

"___" _________ 20____ il                           "__________________________________"

(aktın tərtib edilmə tarixi)                   (məhsul nümunələrinin dəqiq götürülmə vaxtı (saat, dəqiqə)

 

Məhsul nümunələrinin götürülməsinin əsaslandığı məhsulun tədqiqi (sınağı) barədə qərarın nömrəsi, qəbul edilmə tarixi və vaxtı:____________

Məhsul nümunələri götürülmüş sahibkarın (onun təsərrüfat obyektinin) adı və yerləşdiyi ünvan:________________________________

_____________________________________________________________

Məhsul nümunələrini götürən yoxlayıcının vəzifəsi, soyadı, adı və atasının adı:___________________________________________________

_____________________________________________________________

Məhsul nümunələrinin götürülməsində iştirak edən sahibkarın nümayəndəsinin vəzifəsi, soyadı, adı və atasının adı:_________________

 

Nümunəsi götürülmüş məhsulun adı

Nümunəsi götürülmüş məhsulu dəqiq müəyyən etmək imkanı verən məlumatlar (istehsalçı, model, istehsal tarixi, partiya və s.)

Götürülmüş məhsul nümunələri-nin sayı

Götürülmüş məhsul nümunələrinin yoxlayıcı tərəfindən ödənilmiş ümumi dəyəri

Götürülmüş məhsul nümunələrinin müqayisə ediləcəyi parametrlərin təsviri

 

 

 

 

 

 

Nəzarət nümunələrinin saxlandığı yer:______________________________

Sahibkarın izahatı, iradı  və ya etirazı (əgər varsa):____________________

 ____________________________________________________________

 

Məhsul nümunələrini götürmüş yoxlayıcı:    _______

                                                                                  (imza)

Məhsul nümunələrinin götürülməsində

iştirak edən  sahibkar, yaxud

səlahiyyətli nümayəndəsi:                      _______

                                                                        (imza)

 

5 Fevral 2014, 09:02

http://cabmin.gov.az/

10181—10190 / 10511

18 Mart 2014, 09:03

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

18 Mart 2014, 09:03

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 183 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

18 Mart 2014, 09:03

F.N.Ələkbərova III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında   ətraflı...

18 Mart 2014, 09:03

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

18 Mart 2014, 09:03

M.İ.Mədətovun “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

18 Mart 2014, 09:03

Z.H.Hüseynovun Sumqayıt Şəhər Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilməsi haqqında   ətraflı...

18 Mart 2014, 09:03

A.A. Hacıyevin Bakı Slavyan Universitetinin rektoru təyin edilməsi haqqında   ətraflı...

18 Mart 2014, 08:03

E.K.Aslanovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

17 Mart 2014, 09:03

Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

17 Mart 2014, 08:03

Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında   ətraflı...