Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 57

Bakı şəhəri, 5 mart 2015-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nda dəyişikliklər edilməsi barədə

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 10, maddə 976; 2014, № 4, maddə 446) ilə təsdiq edilmiş "Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın "Bakalavriat səviyyəsi üzrə" bölməsinə "XTB050107 Xüsusi təyinatlı texnika və sistemlər" sətrindən sonra "XTB050108 İnformasiya-təhlil fəaliyyəti" sətri, "Magis-tratura səviyyəsi üzrə" bölməsinə "XTM060008 Xüsusi təyinatlı texnika və sistemlər" sətrindən sonra "XTM060009 İnformasiya-təhlil fəaliyyəti" sətri əlavə edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

11 Mart 2015, 09:03

http://cabmin.gov.az/

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...