Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 5 dekabr tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş "Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 52
Bakı şəhəri, 26 fevral 2015-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 5 dekabr tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş "Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1101-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 28 noyabrtarixli 901 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 5 dekabr tarixli 135 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 544; 2001, № 1, maddə 70, № 3, maddə 214; 2002, № 2, maddə 100; 2007, № 2, maddə 185, № 8, maddə 847; 2008, № 2, maddələr 123, 130; 2009, № 10, maddə 857) ilə təsdiq edilmiş "Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamə"nin 5.1-ci bəndinin ikinci abzasında "edilə bilərlər" sözləri "edilirlər" sözü ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
6 Mart 2015, 09:0330 Noyabr 2016, 09:11
Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında ətraflı...
30 Noyabr 2016, 09:11
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında ətraflı...
30 Noyabr 2016, 09:11
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ətraflı...
30 Noyabr 2016, 09:11
“Bakutel–2016” XXII beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransının iştirakçılarına ətraflı...
29 Noyabr 2016, 09:11
A.Q.Lukaşenkonun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
28 Noyabr 2016, 09:11
Azərbaycan memarlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında ətraflı...
28 Noyabr 2016, 09:11
Azərbaycan memarlarına “Əməkdar memar” fəxri adının verilməsi haqqında ətraflı...
28 Noyabr 2016, 09:11
Azərbaycan memarlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
28 Noyabr 2016, 09:11
Ə.A.Vəliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
28 Noyabr 2016, 09:11
Azərbaycan Respublikasında “Xalçaçı günü” peşə bayramının təsis edilməsi haqqında ətraflı...