8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarına təbrik

Hörmətli xanımlar!

Sizi Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və yüksək amallar naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Siz Azərbaycan qadınlarının müasir cəmiyyətimizdə tutduğunuz mövqe, bərabər hüquqlar və imkanlar üçün göstərdiyiniz səylər, həmçinin mötəbər qurumlarda təmsil olunmağınız fəxr etdiyimiz mühüm tarixi nailiyyətlərdir. Adınız ülviyyətin, zərifliyin və gözəlliyin rəmzi kimi ölkəmizdə həmişə uca tutulmuşdur. Qədim keçmişimizin hər bir səhifəsi müdrikliyinizin, fədakarlıq və qəhrəmanlığınızın parlaq nümunələri ilə zəngindir. Milli varlığımızın ifadəsi olan çoxəsrlik mədəni-mənəvi dəyərlərin, doğma ana dilinin və adət-ənənələrin bu günlərədək layiqincə yaşadılması sizin misilsiz xidmətinizdir.

Mədəniyyət salnaməmizə, ədəbi-ictimai və elmi fikir tariximizə öz istedadı və zəkasıyla yeni səhifələr yazmış maarifpərvər Azərbaycan xanımlarının yolunu siz bu gün də şərəflə davam etdirirsiniz. Nəsillərin varisliyini qoruyaraq ötən əsr boyunca sosial-mədəni fəaliyyətin genişləndirilməsi istiqamətindəki müvəffəqiyyətlərinizi müasir mərhələdə vətəndaş cəmiyyətinin təşəkkülü və əsaslarının möhkəmləndirilməsi prosesində yaxından iştirakınızla daha da zənginləşdirmisiniz. Məmnunluq hissi ilə bildirirəm ki, müstəqilliyimizin bərpasından sonrakı müddət ərzində milli dövlət quruculuğu sahəsində qazanılan uğurlarda müstəsna rolunuz vardır.

Azərbaycançılıq məfkurəsinə, milli dövlətçilik ideallarına sədaqət, vətənə məhəbbət ruhunda formalaşmış gənclik ölkəmizə ən böyük töhfənizdir. İnanıram ki, istedad və bacarığınızı ictimai-siyasi, sosial-iqtisadi və intellektual-mənəvi həyatımızda bundan sonra da gerçəkləşdirərək, Azərbaycanın davamlı inkişafı naminə var qüvvənizlə çalışacaqsınız.

Bayramınız mübarək olsun!

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 mart 2015-ci il.

6 Mart 2015, 09:03

http://www.azertag.net

661—670 / 10511

25 May 2022, 07:05

F.T.Əhmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

25 May 2022, 07:05

“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

24 May 2022, 15:05

“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

24 May 2022, 15:05

“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 26 aprel tarixli 521-VIQD nömrəli Qanununun tətbiqi və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

24 May 2022, 15:05

Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

24 May 2022, 07:05

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

20 May 2022, 16:05

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

20 May 2022, 16:05

“Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi və “Bakı Mühəndislik Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 fevral tarixli 1254 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

20 May 2022, 16:05

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

20 May 2022, 16:05

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...