8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarına təbrik

Hörmətli xanımlar!

Sizi Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və yüksək amallar naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Siz Azərbaycan qadınlarının müasir cəmiyyətimizdə tutduğunuz mövqe, bərabər hüquqlar və imkanlar üçün göstərdiyiniz səylər, həmçinin mötəbər qurumlarda təmsil olunmağınız fəxr etdiyimiz mühüm tarixi nailiyyətlərdir. Adınız ülviyyətin, zərifliyin və gözəlliyin rəmzi kimi ölkəmizdə həmişə uca tutulmuşdur. Qədim keçmişimizin hər bir səhifəsi müdrikliyinizin, fədakarlıq və qəhrəmanlığınızın parlaq nümunələri ilə zəngindir. Milli varlığımızın ifadəsi olan çoxəsrlik mədəni-mənəvi dəyərlərin, doğma ana dilinin və adət-ənənələrin bu günlərədək layiqincə yaşadılması sizin misilsiz xidmətinizdir.

Mədəniyyət salnaməmizə, ədəbi-ictimai və elmi fikir tariximizə öz istedadı və zəkasıyla yeni səhifələr yazmış maarifpərvər Azərbaycan xanımlarının yolunu siz bu gün də şərəflə davam etdirirsiniz. Nəsillərin varisliyini qoruyaraq ötən əsr boyunca sosial-mədəni fəaliyyətin genişləndirilməsi istiqamətindəki müvəffəqiyyətlərinizi müasir mərhələdə vətəndaş cəmiyyətinin təşəkkülü və əsaslarının möhkəmləndirilməsi prosesində yaxından iştirakınızla daha da zənginləşdirmisiniz. Məmnunluq hissi ilə bildirirəm ki, müstəqilliyimizin bərpasından sonrakı müddət ərzində milli dövlət quruculuğu sahəsində qazanılan uğurlarda müstəsna rolunuz vardır.

Azərbaycançılıq məfkurəsinə, milli dövlətçilik ideallarına sədaqət, vətənə məhəbbət ruhunda formalaşmış gənclik ölkəmizə ən böyük töhfənizdir. İnanıram ki, istedad və bacarığınızı ictimai-siyasi, sosial-iqtisadi və intellektual-mənəvi həyatımızda bundan sonra da gerçəkləşdirərək, Azərbaycanın davamlı inkişafı naminə var qüvvənizlə çalışacaqsınız.

Bayramınız mübarək olsun!

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 mart 2015-ci il.

6 Mart 2015, 09:03

http://www.azertag.net

3651—3660 / 10511

16 May 2018, 08:05

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

16 May 2018, 08:05

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1062-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

16 May 2018, 08:05

“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası”nın və “Dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

15 May 2018, 08:05

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

15 May 2018, 08:05

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1077-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

15 May 2018, 08:05

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

15 May 2018, 08:05

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1074-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

15 May 2018, 08:05

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

15 May 2018, 08:05

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1076-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

15 May 2018, 08:05

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...