"Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı Qaydaları"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 46

Bakı şəhəri, 23 fevral 2015-ci il

"Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı Qaydaları"nın təsdiq edilməsi haqqında

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.15-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı Qaydaları" təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 23 fevral tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmişdir

Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı

QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimlənmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.15-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı üzrə ümumi tələbləri müəyyən edir.

1.2. Bu Qaydalara bina və qurğuların layihələndirilməsi zamanı mülkiyyət formasından asılı olmayaraq, bütün subyektlər tərəfindən riayət olunmalıdır.

1.3. Bu Qaydalar yeni tikilən və yenidən qurulan bina və qurğuların layihələndirilməsinə şamil olunur.

2. Əsas müddəalar

2.1. Bina və ya qurğunun mühəndis-kommunikasiya təminatı, obyektin təyinatına uyğun olaraq istismar olunması üçün kifayət etməli və onun istismar zamanı təhlükəsizlik qaydalarının tələblərinə cavab verməlidir.

2.2. Bina və ya qurğunun mühəndis-kommunikasiya təminatı sistemi, obyektlərin istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələrindən və qurğularından ibarətdir.

2.3. Bina və ya qurğunun layihə sənədlərində aşağıdakılar nəzərdə tutulmalıdır:

2.3.1. bina və ya qurğunun təhlükəsizlik qaydalarına uyğun istismar olunmasının təmin edilməsi;

2.3.2. mühəndis-kommunikasiya təminatı sistemlərinə düşən və obyektin təyinatına uyğun istismar edilməsi üçün yetərli olan istismar yüklərinin göstəriciləri barədə məlumatlar;

2.3.3. zədələnməsi nəticəsində dövlət və bələdiyyə mülkiyyəti, hüquqi və ya fiziki şəxslərin əmlakı və ya ətraf mühit üçün təhlükə yarada biləcək üstüörtülü elektrik xətlərinin, boru kəmərlərinin və digər qurğuların yerləri barədə məlumatlar.

2.4. Layihə sənədlərində bina və ya qurğuda qəza halları baş verən zaman su, qaz və elektrik verilişini dayandıran texniki vasitələr nəzərdə tutulmalıdır.

2.5. Bina və qurğuların insanların daimi olduğu yerüstü mərtəbələrində yerləşən otaqlar təbii və süni işıqlandırma ilə, yeraltı mərtəbələr isə insan sağlamlığına ziyan vurmaması üçün kifayət edən süni işıqlandırma ilə təmin olunmalıdır.

2.6. Texnoloji proseslərin tələblərinə görə təbii işıqlandırmanın təmin edilməsi mümkün olmayan bina və qurğuların yerüstü mərtəbələri insanların sağlamlığına ziyan vurmayan miqdarda süni işıqlandırma ilə təmin olunmalıdır.

2.7. Layihə sənədlərində bina və qurğunun girişlərinin işıqlandırılması üçün işıqlandırıcı vasitələr nəzərdə tutulmalıdır.

2.8. Mühəndis-kommunikasiya təminatı sistemlərinin elementlərindən insanların yanıq zədələri almaması üçün layihə sənədlərində aşağıdakı tədbirlər nəzərdə tutulmalıdır:

2.8.1. isidici cihazların, isti su və istilikverici boru kəmərlərinin səthinin əlçatan hissələrinin temperaturunun məhdudlaşdırılması və ya insanların bu hissələrə toxunmasının qarşısını alan maneənin quraşdırılması;

2.8.2. hava ilə isitmə sistemi cihazlarından çıxan isti havanın temperaturunun məhdudlaşdırılması.

2.9. Bədbəxt hadisələrin baş verməməsi və partlayış zamanı insanların zədə almasının qarşısının alınması məqsədi ilə layihə sənədlərində bir sıra tədbirlər nəzərdə tutulmalıdır, o cümlədən:

2.9.1. isitmə və isti su təchizatı sistemlərində, qazişlədən avadanlıqlarda, tüstü bacaları və borularında, qaz və yanğın təhlükəli mayeləri nəql edən boru kəmərlərində təhlükəsizlik qaydalarına riayət olunması;

2.9.2. istilik generatorlarının və maye qaz qurğularında təhlükəsizlik qaydalarına riayət olunması;

2.9.3. isti su təchizatı və isitmə sistemlərində təzyiqin və temperaturun tənzimlənməsi.

2.10. Mühəndis-kommunikasiya təminatı komponentlərinin tikinti obyektinin əsas fasadlarında, dam örtüklərində və digər fəza görünüşü sahələrində yerləşdirilməsi qadağandır. Göstərilən yerlərdə həmin komponentlər şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda və qaydada binanın memarlıq üslubuna uyğun yerləşdirilməli və ya gizlədilməlidir.

2.11. Mühəndis-kommunikasiya təminatı sistemlərinin parametrləri və digər xarakteristikaları bina və ya qurğuların istismar olunduğu zaman layihə sənədlərinin tələblərinə uyğun olmalıdır.

3. İctimai, inzibati və məişət binaları

3.1. İctimai, inzibati və məişət binalarında mühəndis-kommunikasiya təminatı sistemləri layihə tapşırığının tələblərinə uyğun olmalıdır.

3.2. İctimai binalarda qaz təchizatı sistemləri şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və qaz təsərrüfatında təhlükəsizlik qaydalarına uyğun olaraq layihələndirilməlidir.

3.3. Məktəbəqədər təhsil müəssisələrində, teatr və kinoteatrların bufetlərində qaz cihazlarının quraşdırılması qadağandır.

3.4. Məktəb binalarında havaisitmə sistemi ventilyasiya sistemi ilə birləşdirilmiş şəkildə layihələndirildikdə, sistemlərin avtomatik idarə olunması nəzərdə tutulmalıdır.

3.5. Tədris otaqlarının isitmə sistemlərində havanın resirkulyasiyasına ancaq qeyri-iş vaxtlarında yol verilir.

4. Çoxmənzilli yaşayış binaları

4.1. Çoxmənzilli yaşayış binalarında təsərrüfat-içməli və isti su təchizatı, kanalizasiya, isitmə, havalandırma, elektrik təchizatı, qaz təchizatı, telefonlaşdırma, televiziya antenləri, həmçinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, avtomatik yanğın siqnalizasiyası, xəbərverici, təxliyənin təşkil edilməsi və layihə tapşırığında göstərilən digər mühəndis sistemləri nəzərdə tutulmalıdır.

4.2. Hündürlüyü 10 mərtəbədən çox olan yaşayış binalarının qaz kəməri boruları qüvvədə olan qaz təchizatı üzrə layihələndirmə normalarına uyğun olaraq, binanın fasadı ilə çəkilməlidir.

4.3. Damda yerləşən qazanxanaların yaşayış sahələrinin bilavasitə örtüklərinin üstündə (yaşayış sahəsinin örtüyü qazanxananın döşəməsi üçün əsas ola bilməz) və ya yaşayış sahələri ilə yanaşı (hündürlüyü fərqli olan binalarda) yerləşdirilməsinə yol verilmir.

4.4. Binanın damından yağış sularının kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq həll olunmalıdır.

 

Qeyd. Bu Qaydalarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 5-ci hissəsinə uyğun olaraq edilə bilər.

 

5 Mart 2015, 09:03

http://cabmin.gov.az/

9641—9650 / 10511

4 Avqust 2014, 09:08

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 10 sentyabr tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş "Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə   ətraflı...

4 Avqust 2014, 09:08

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 20 may tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş "Sərnişin və yük daşımaları üçün avtonəqliyyat vasitəsinə lisenziya kartı verilərkən, habelə lisenziya kartı verildikdən sonra rübdə bir dəfə həmin avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunun yoxlanılması və həmin yoxlamanın aparılması Qaydası"nda dəyişiklik edilməsi barədə   ətraflı...

4 Avqust 2014, 09:08

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 121 nömrəli qərarı ilə təsdiq edilmiş "Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası"nda dəyişiklik edilməsi barədə   ətraflı...

4 Avqust 2014, 09:08

"Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 oktyabr tarixli156 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

4 Avqust 2014, 09:08

"Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli 66 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

4 Avqust 2014, 09:08

"Dövlət baytarlıq müfəttişlərinin möhürləri və onların istifadə edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 11 yanvar tarixli 2 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

4 Avqust 2014, 09:08

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI   ətraflı...

4 Avqust 2014, 09:08

Bakı Xoreoqrafiya Akademiyası binasının layihələndirilməsi haqqında   ətraflı...

1 Avqust 2014, 11:08

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 10 may tarixli 121 nömrəli qərarı ilə təsdiq edilmiş "Qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə qiymətli metal qırıntılarının və tullantılarının analizinin və ekspertizasının keçirilməsi halları və Qaydaları"nda dəyişiklik edilməsi barədə   ətraflı...

1 Avqust 2014, 10:08

"Bəzi istehlak mallarının istehsalı və dövriyyəsi ilə əlaqədar dövlət tənzimlənməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 289 nömrəli Fərmanının icrası barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 dekabr tarixli 235 nömrəli qərarında dəyişiklik edilməsi haqqında   ətraflı...