"Azərbaycan Respublikasının Abşeron Milli Parkının sanitariya-mühafizə zonası"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 45
Bakı şəhəri, 20 fevral 2015-ci il
"Azərbaycan Respublikasının Abşeron Milli Parkının sanitariya-mühafizə zonası"nın təsdiq edilməsi haqqında
"Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 924-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 166 nömrəli Fərmanının 1.4.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikasının Abşeron Milli Parkının sanitariya-mühafizə zonası parkın hüdud xəttindən bütün perimetri boyunca quruda 2000 metr məsafədə (xüsusi təyinatlı yerlər istisna olmaqla) və Xəzər dənizinin su akvatoriyasında 3000 metr məsafədə təsdiq edilsin (xəritə əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
5 Mart 2015, 09:0323 Oktyabr 2015, 09:10
“Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1346-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
22 Oktyabr 2015, 09:10
Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası haqqında ƏSASNAMƏ ətraflı...
22 Oktyabr 2015, 09:10
Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının TƏRKİBİ ətraflı...
22 Oktyabr 2015, 09:10
Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında ətraflı...
22 Oktyabr 2015, 09:10
Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısının təsdiq edilməsi haqqında ətraflı...
22 Oktyabr 2015, 09:10
“Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 720 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...
22 Oktyabr 2015, 09:10
“Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında ətraflı...
22 Oktyabr 2015, 09:10
Birləşmiş Millətlər Təşkilatının əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
22 Oktyabr 2015, 09:10
M.Q.Quliyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında ətraflı...
22 Oktyabr 2015, 09:10
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarının təltif edilməsi haqqında ətraflı...