Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 aprel tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Viza blanklarının ciddi hesabat sənədi kimi uçotu və tətbiqi Qaydaları"nda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 44
Bakı şəhəri, 19 fevral 2015-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 aprel tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Viza blanklarının ciddi hesabat sənədi kimi uçotu və tətbiqi Qaydaları"nda dəyişikliklər edilməsi barədə
"Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1055-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 4 noyabr tarixli 822 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 aprel tarixli 59 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4, II kitab, maddə 203; 2003, № 6, maddə 342; 2008, № 1, maddə 37, № 5, maddə 433; 2014, № 5, maddə 553) ilə təsdiq edilmiş "Viza blanklarının ciddi hesabat sənədi kimi uçotu və tətbiqi Qaydaları"nın 1.1-ci bəndində "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" sözləri "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə" sözləri ilə və "Qanunlarına" sözü "Qanununa" sözü ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
5 Mart 2015, 09:033 Aprel 2018, 08:04
Ə.F.Şıxəliyevin Azərbaycan Respublikasının Hindistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
3 Aprel 2018, 08:04
Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
2 Aprel 2018, 08:04
Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
2 Aprel 2018, 08:04
Kürdəmir rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
2 Aprel 2018, 08:04
Mərkəzi Seçki Komissiyasının 24 mart 2018-ci il tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI ətraflı...
2 Aprel 2018, 08:04
2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçki məntəqələrində veb-kameralar quraşdırılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI ətraflı...
2 Aprel 2018, 08:04
2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Demokrat Partiyasının vəkil edilmiş şəxslərinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI ətraflı...
30 Mart 2018, 08:03
Akademik Əhəd Yaqubovun 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
30 Mart 2018, 08:03
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
30 Mart 2018, 08:03
Qazax Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...