Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ölkədə ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədi ilə yüksək məhsuldarlığa malik və quraqlığadavamlı yeni növ toxumlara tələbat artmışdır. “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 1-ci abzasına uyğun olaraq ölkədə məhsul istehsalçılarının yüksək məhsuldar toxumlara tələbatının dolğun şəkildə ödənilməsi məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun fəaliyyətinin təmin edilməsi, habelə yüksək məhsuldar toxumların istehsalının və tədarükünün həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 dekabr tarixli 413 nömrəli Fərmanının 1.10.1.3-cü yarımbəndində “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” xərcləri bölgüsündə 10,0 (on) milyon manat nəzərdə tutsun;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 mart 2015-ci il.

3 Mart 2015, 09:03

http://www.azertag.net

10181—10190 / 10511

18 Mart 2014, 09:03

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

18 Mart 2014, 09:03

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 183 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

18 Mart 2014, 09:03

F.N.Ələkbərova III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında   ətraflı...

18 Mart 2014, 09:03

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

18 Mart 2014, 09:03

M.İ.Mədətovun “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

18 Mart 2014, 09:03

Z.H.Hüseynovun Sumqayıt Şəhər Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilməsi haqqında   ətraflı...

18 Mart 2014, 09:03

A.A. Hacıyevin Bakı Slavyan Universitetinin rektoru təyin edilməsi haqqında   ətraflı...

18 Mart 2014, 08:03

E.K.Aslanovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

17 Mart 2014, 09:03

Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

17 Mart 2014, 08:03

Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında   ətraflı...