Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əli Cavad oğlu Əhmədovun səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əli Cavad oğlu Əhmədov Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə görə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda o, deputat mandatından məhrum edilir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 175.3-cü maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndində göstərilən əsaslar olduqda, deputatın mandatından məhrum edilməsi haqqında qərar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilir.
Beləliklə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əli Cavad oğlu Əhmədovun deputat səlahiyyətlərinə xitam verilməsi üçün əsaslar yaranmışdır.
Eyni zamanda Milli Məclisinin deputatı Əli Cavad oğlu Əhmədov 28 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək ölkə Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin edilməsi ilə əlaqədar deputat səlahiyyətlərinə xitam verilməsini xahiş etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək və Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.14-cü, 28.2-ci, 28.4-cü, 175.3-cü və 176.3-cü maddələrinə uyğun olaraq qərara alır:
1. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əli Cavad oğlu Əhmədovun deputat səlahiyyətlərinə xitam verilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
13 Noyabr 2013, 09:1126 Noyabr 2014, 09:11
23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olmuş 22 noyabr 2014-cü il tarixli, 04 saylı müraciətə baxılmasına dair ətraflı...
26 Noyabr 2014, 09:11
23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olmuş 22 noyabr 2014-cü il tarixli, 06 saylı müraciətə baxılmasına dair ətraflı...
26 Noyabr 2014, 09:11
Mərkəzi Seçki Komissiyasının 21 noyabr 2014-cü il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
25 Noyabr 2014, 09:11
“Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında ətraflı...
25 Noyabr 2014, 09:11
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Zati-aliləri cənab Mladen İvaniçə ətraflı...
24 Noyabr 2014, 09:11
Rumıniyanın yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Klaus İohannisə ətraflı...
24 Noyabr 2014, 09:11
Livan Respublikası Nazirlər Şurasının Sədri Zati-aliləri cənab Tammam Salama ətraflı...
24 Noyabr 2014, 09:11
Председателю Совета Министров Ливанской Республики Его превосходительству господину Таммаму Саламу ətraflı...
24 Noyabr 2014, 09:11
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1071-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
24 Noyabr 2014, 09:11
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...