Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 6 sentyabr tarixli 251 nömrəli qərarı ilə təsdiq edilmiş "Xüsusi gömrük prosedurları daxilində ekvivalent mallardan istifadə Qaydaları"nda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 37
Bakı şəhəri, 13 fevral 2015-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 6 sentyabr tarixli 251 nömrəli qərarı ilə təsdiq edilmiş "Xüsusi gömrük prosedurları daxilində ekvivalent mallardan istifadə Qaydaları"nda dəyişiklik edilməsi barədə
"Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1094-IVQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 865 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 6 sentyabr tarixli 251 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 9, maddə 1131) ilə təsdiq edilmiş "Xüsusi gömrük prosedurları daxilində ekvivalent mallardan istifadə Qaydaları"nın 2.8-ci bəndində "3 (üç)" sözləri "2 (iki)" sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
24 Fevral 2015, 09:0224 Dekabr 2012, 21:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası ətraflı...