“1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubileyinin qeyd edilməsinə hazırlıq barədə” Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının 2012-ci il 5 dekabr tarixli Qərarında 1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyinin qeyd olunmasına dair tövsiyəyə uyğun olaraq qərara alıram:

 

1. “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planında göstərilən tədbirlərin icrası üçün tələb olunan xərclərin maliyyələşdirilməsi 2015-ci il Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı orqanlar üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 fevral 2015-ci il.

24 Fevral 2015, 09:02

http://www.azertag.net

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...