“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

 

“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 689; 2007, № 12, maddə 1218; 2009, № 12, maddə 948; 2011, № 3, maddə 169) 8.6-cı maddəsinin ikinci hissəsində, 19.3, 25.5 və 26.2-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” sözləri “beynəlxalq standartlara və tövsiyə olunan beynəlxalq təcrübəyə uyğun olaraq mülki, eksperimental və dövlət hava gəmilərinə münasibətdə müvafiq icra hakimiyyəti orqanları” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 dekabr 2014-cü il.

20 Fevral 2015, 09:02

http://www.azertag.net

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...