"Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 32

Bakı şəhəri, 9 fevral 2015-ci il

"Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında

 "Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin aparılması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, bir ay müddətində göstərilən xidmətlərin Elektron Reyestrə daxil olunmasında iştirak edən əməkdaşların elektron imza ilə təmin edilməsi üçün zəruri tədbirlər görsünlər.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmişdir

Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin aparılması

QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar "Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin formalaşdırılması, aparılması, istifadəsi və mühafizəsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.

1.2. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. dövlət xidməti (bundan sonra - xidmət) - dövlət orqanları tərəfindən səlahiyyətlərinin icrası zamanı göstərilən və müvafiq hüquqi nəticənin yaranmasına səbəb olan hərəkətlərin həyata keçirilməsi;

1.2.2. xidməti həyata keçirən dövlət orqanı - mərkəzi və ya yerli icra hakimiyyəti orqanları, onların strukturuna daxil olan yerli bölmələr;

1.2.3. xidmət istifadəçiləri - xidmət üçün müraciət etmiş dövlət və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər;

1.2.4. xidmətlərin Elektron Reyestri (bundan sonra - Elektron Reyestr) - bu Qaydaların 2.1-ci və 2.2-ci bəndlərində göstərilən məlumatları əks etdirən informasiya ehtiyatı;

1.2.5. Elektron Reyestr sistemi - Elektron Reyestrin aparılmasını təmin edən proqram - avadanlıq kompleksindən və informasiya ehtiyatından (Elektron Reyestr) ibarət sistem;

1.2.6. elektron anket - məlumatların daxil edildiyi interfeys;

1.2.7. xidmətin reqlamenti - xidmətlə bağlı Elektron Reyestrə daxil edilən məlumatlar toplusu.

1.3. Elektron Reyestrin aparılmasının əsas məqsədləri aşağıdakılardır:

1.3.1. dövlət orqanlarının göstərdikləri xidmətlərin ümumi sayının və istiqamətlərinin (fiziki və hüquqi şəxslərə, dövlət orqanlarına və s.) müəyyən edilməsi;

1.3.2. xidmətlər haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi;

1.3.3. xidmət sahələri üzrə standartların və hər bir xidmətin reqlamentinin müəyyən edilməsi;

1.3.4. xidmətlərin elektronlaşdırılması istiqamətində görülən işlərin sürətləndirilməsi və bu sahədə prioritet istiqamətlərin müəyyən edilməsi;

1.3.5. xidmətlərin göstərilməsi üçün istifadə olunan informasiya sistemlərinin və informasiya ehtiyatlarının inteqrasiyasının təmin edilməsi;

1.3.6. xidmətlərin təşkili üzrə dövlət xərclərinin səmərəli istifadəsi barədə təkliflərin verilməsi;

1.3.7. eyni məzmunlu xidmətlərin aşkar edilməsi və təkrarlılığın aradan qaldırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi;

1.3.8. yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi;

1.3.9. xidmətlər üzrə təhlillərin, proqnozlaşdırmanın və monitorinqlərin aparılması;

1.3.10. vətəndaşların xidmətlər haqqında ətraflı məlumat əldəetmə imkanlarının və şəffaflığın təmin edilməsi;

1.3.11. dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi;

1.3.12. xidmətlər üzrə mərkəzləşdirilmiş məlumat-axtarış bazasının yaradılması.

1.4. Elektron Reyestr və onun informasiya sistemi Azərbaycan Respublikasının mülkiyyətidir.

1.5. Elektron Reyestrin saxlanılması, fəaliyyəti və inkişafı üzrə xərclər dövlət büdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Elektron Reyestr Azərbaycan Respublikasının dövlət dilində elektron daşıyıcılarda aparılır.

2. Elektron Reyestrin strukturu və ona daxil edilən məlumatlar

2.1. Elektron Reyestrdə olan məlumatlar onun informasiya resursunu təşkil edir. Elektron Reyestrə daxil edilən xidmətlər barədə məlumatlar müxtəlif sahələr üzrə təsnifləşdirilir (qruplaşdırılır).

2.2. Elektron Reyestr aşağıdakı bölmələrdən ibarətdir:

2.2.1. mərkəzi icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilən xidmətlərin reyestri;

2.2.2. yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilən xidmətlərin reyestri;

2.2.3. xidmət göstərən dövlət orqanı barədə məlumat.

2.3. Bu Qaydaların 2.2.1-ci və 2.2.2-ci yarımbəndlərində nəzərdə tutulmuş bölmələrə aşağıdakı məlumatlar daxil edilir:

2.3.1. xidmətin adı;

2.3.2. xidmətin məzmunu;

2.3.3. xidmətin təkrarlanmayan reyestr nömrəsi və onun Elektron Reyestrdə qeydiyyat tarixi;

2.3.4. xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı;

2.3.5. xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı;

2.3.6. xidmətin hüquqi əsası;

2.3.7. xidmətin həyata keçirilmə formaları;

2.3.8. xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması;

2.3.9. xidmətin həyata keçirilməsinin nəticəsi;

2.3.10. xidmət istifadəçisi barədə məlumat;

2.3.11. xidmətin həyata keçirilməsi müddəti;

2.3.12. xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti;

2.3.13. xidmətin göstərilmə yeri;

2.3.14. xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları;

2.3.15. xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması;

2.3.16. xidmətin həyata keçirilməsi üçün doldurulması tələb olunan müvafiq sənədlərin (ərizə, blank və s.) nümunələri;

2.3.17. xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları;

2.3.18. xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar;

2.3.19. xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar;

2.3.20. xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemi və ehtiyatları;

2.3.21. xidmətin elektronlaşma səviyyəsi;

2.3.22. elektron xidmətin avtomatlaşdırılma səviyyəsi;

2.3.23. xidmətdə dəyişikliklər edilməsinin və xidmətin ləğv olunmasının hüquqi əsası və tarixi;

2.3.24. xidmətlərdən istifadə edilməsi barədə statistik məlumatlar.

2.4. Elektron Reyestrə daxil edilmiş hər bir xidmətə təkrarolunmaz və dəyişilməz reyestr nömrəsi verilir. Reyestr nömrəsinin verilməsi avtomatlaşdırılmış rejimdə xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir.

2.5. Bu Qaydaların 2.2.3-cü yarımbəndində nəzərdə tutulmuş bölməyə aşağıdakılar daxil edilir:

2.5.1. xidməti həyata keçirən orqanın, onun struktur bölməsinin və xidməti bilavasitə həyata keçirən struktur bölməsinin poçt və yerləşdiyi ünvanı barədə məlumatlar;

2.5.2. xidməti həyata keçirən orqanın, o cümlədən xidmət barədə məlumatın, məsləhətlərin əldə edilə biləcəyitelefon və faks nömrələri, rəsmi internet informasiya ehtiyatının veb və elektron poçt ünvanı, iş qrafiki və digər zəruri məlumatlar;

2.5.3. ödənişli xidmət göstərən dövlət orqanının ödəmə rekvizitləri (hesabları) barədə məlumatlar.

3. Elektron Reyestrin operatoru

3.1. Elektron Reyestrin formalaşdırılmasını, aparılmasını, istifadəsini, mühafizəsini və bu istiqamətdə əlaqələndirməni təmin edən səlahiyyətli orqan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir (bundan sonra - Reyestrin operatoru).

3.2. Reyestrin operatoru Elektron Reyestrin aparılması üzrə aşağıdakı funksiyaları həyata keçirir:

3.2.1. Elektron Reyestrin fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsi;

3.2.2. Elektron Reyestrlə bağlı metodiki, informasiya-linqvistik, proqram-texniki dəstəyin təmin edilməsi;

3.2.3. dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlər barədə məlumatların yoxlanıldıqdan sonra Elektron Reyestrə daxil edilməsinə və yenilənməsinə nəzarət;

3.2.4. xidmətlərlə bağlı Elektron Reyestrə daxil edilmiş məlumatların monitorinqi və təhlillərin aparılması;

3.2.5. xidmət sahələri üzrə standartların müəyyən edilməsi ilə bağlı təkliflərin verilməsi;

3.2.6. yeni növ xidmətlərin yaradılması, həmçinin xidmətlərin birləşdirilməsi, ayrılması və digər üsullarla asanlaşdırılması (sadələşdirilməsi) barədə təkliflərin verilməsi;

3.2.7. Elektron Reyestrə barəsində məlumat daxil edilmiş xidmətlər haqqında statistik məlumatların və analitik hesabatların hazırlanması;

3.2.8. xidmətlərin elektron qaydada təşkili və həyata keçirilməsi üçün vacib olan informasiya sistem və ehtiyatlarının inteqrasiyasının təmin edilməsi ilə bağlı təkliflərin verilməsi;

3.2.9. eyni məzmunlu xidmətlərin aradan qaldırılması ilə bağlı təkliflərin verilməsi;

3.2.10. Elektron Reyestrə daxil edilmiş məlumatların arxivləşdirilməsi və saxlanılması;

3.2.11. Elektron Reyestrin internet portalının yaradılması və aktuallığının təmin edilməsi;

3.2.12. Elektron Reyestrin dayanıqlı, fasiləsiz işləməsinin və informasiya təhlükəsizliyinin təmin edilməsi.

3.3. Xidməti həyata keçirən dövlət orqanının vəzifəli şəxsi bu Qaydalarda nəzərdə tutulmuş Elektron Reyestrə daxil ediləcək məlumatların təqdim olunmamasına və məzmununa görə məsuliyyət daşıyır.

4. Elektron Reyestrin aparılması

4.1. Elektron Reyestrin aparılması üçün xidmət göstərən dövlət orqanları ilə qarşılıqlı informasiya mübadiləsi informasiya sisteminin istifadəçi interfeysi vasitəsilə təmin edilir.

4.2. Dövlət orqanı tərəfindən göstərilən xidmət Elektron Reyestrə daxil edilməsi üçün aşağıdakı tələblərə (meyarlara) cavab verməlidir:

4.2.1. xidmət istifadəçisinin müraciəti əsasında həyata keçirilməli;

4.2.2. dövlət orqanının vəzifələrini həyata keçirməyə yönəldilməli;

4.2.3. xidmət istifadəçisinin hüquqlarının həyata keçirilməsinə yönəldilməli və ya ona maddi və qeyri-maddi nemətlər verilməklə müvafiq hüquqi nəticənin yaranmasına səbəb olmalıdır.

4.3. Elektron Reyestrin elektron anketlərinin doldurulması Reyestrin operatorunun metodiki tövsiyələrinə uyğun həyata keçirilir.

4.4. Elektron Reyestrin elektron anketlərinin metodiki tövsiyələrə uyğun doldurulması avtomatlaşdırılmış formal məntiqi yoxlama sistemi vasitəsilə təmin edilir.

4.5. Elektron Reyestrə xidmətlər barədə məlumatların daxil edilməsi üçün xidmət göstərən dövlət orqanı:

4.5.1. Elektron Reyestrin elektron anketlərinin doldurulması üçün məsul şəxs (bundan sonra - məsul şəxs) təyin edir;

4.5.2. məsul şəxs vasitəsilə bu Qaydaların 2.3-cü və 2.5-ci bəndlərinə uyğun olaraq məlumatları müəyyən edərək Elektron Reyestrin elektron anketlərini doldurur və elektron imza ilə təsdiq edir;

4.5.3. Elektron Reyestrə daxil edilmiş məlumatların tamlığını və düzgünlüyünü mütəmadi yoxlayır;

4.5.4. Elektron Reyestrin operatorundan bildiriş aldıqdan 7 (yeddi) iş günü ərzində Elektron Reyestrin elektron anketləri üzrə məlumatlarda müvafiq dəyişikliklər edərək onları yenidən göndərir;

4.5.5. Elektron Reyestrdə olan məlumatlarda dəyişikliklərin edilməsi və ya onların çıxarılması üçün Reyestrin operatoruna müraciət edir;

4.5.6. yeni xidməti müəyyən edən normativ hüquqi aktın qüvvəyə mindiyi tarixdən 1 (bir) aydan gec olmayaraq Elektron Reyestrin müvafiq elektron anketləri üzrə məlumatları təqdim edir.

4.6. Xidmətin göstərilməsində bir neçə dövlət orqanı iştirak etdikdə, bu Qaydaların 4.5-ci bəndi ilə müəyyən edilən vəzifələr xidmətin nəticəsini təqdim edən dövlət orqanı tərəfindən həyata keçirilir.

4.7. Elektron Reyestrə xidmətlər barədə məlumatların daxil edilməsi üçün Reyestrin operatoru:

4.7.1. məlumatların təqdim edildiyi gündən 7 (yeddi) iş günü ərzində Elektron Reyestrin müvafiq elektron anketləri üzrə onların tamlığını və düzgünlüyünü yoxlayır;

4.7.2. yoxlama zamanı çatışmazlıq aşkar edilmədikdə, məlumatları təyin etdiyi məsul şəxsin elektron imzası ilə təsdiq edir və Elektron Reyestrin müvafiq bölməsinə daxil edir;

4.7.3. yoxlama zamanı hər hansı çatışmazlıq aşkar edildikdə, bu barədə məlumatı təqdim etmiş dövlət orqanına 1 (bir) iş günü ərzində elektron formada bildiriş göndərir;

4.7.4. Elektron Reyestrdə dəyişikliklər edilməsi zərurəti yarandıqda və ya oradan çıxarılmalı olan məlumatlar aşkar edildikdə xidməti həyata keçirən dövlət orqanına bu barədə elektron formada bildiriş göndərir.

4.8. Elektron Reyestrdən məlumatların çıxarılmasına aşağıdakılar əsasdır:

4.8.1. xidmətin həyata keçirilməsi əsaslarını ləğv edən normativ hüquqi aktın qüvvəyə minməsi;

4.8.2. Elektron Reyestrə daxil edilmiş məlumatların normativ hüquqi aktlarda nəzərdə tutulmaması.

4.9. Elektron Reyestrdə məlumatlarda dəyişikliklərin (düzəlişlərin) edilməsi və ya onların çıxarılması bu Qaydaların 4.2-4.8-ci bəndlərinə uyğun olaraq aparılır.

4.10. Ləğv edilmiş xidmətlər haqqında məlumatlar Elektron Reyestrdən çıxarılır və arxivləşdirilir. Elektron Reyestrdə məlumatların arxivləşdirilməsi müvafiq qanunvericiliyə uyğun aparılır.

  4.11. Elektron Reyestrin təşkili və idarə olunması, məlumatların avtomatlaşdırılmış qaydada qəbul edilməsi, toplanılması, işlənilməsi, arxivləşdirilməsi və mühafizəsinin aparılması xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir.

  4.12. Elektron Reyestrin mövcud informasiya ehtiyatının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onun aktual ehtiyat nüsxəsinin mövcudluğu və saxlanılması təmin edilir.

19 Fevral 2015, 09:02

http://cabmin.gov.az/

4131—4140 / 10511

8 Fevral 2018, 08:02

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

8 Fevral 2018, 08:02

R.F.İsmayılovun Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

8 Fevral 2018, 08:02

Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

7 Fevral 2018, 08:02

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 968-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 Fevral 2018, 08:02

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 968-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 Fevral 2018, 08:02

Bakı (Azərbaycan Respublikası) və Türkmənbaşı (Türkmənistan) limanları vasitəsi ilə beynəlxalq birbaşa dəmir yolu-bərə əlaqələrində yüklərin daşınmasının təşkili, yük vaqonlarının və konteynerlərin istismarı, nömrələr üzrə uçotu və onlardan istifadəyə görə hesablaşmalar haqqında Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

7 Fevral 2018, 08:02

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

7 Fevral 2018, 08:02

Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 Fevral 2018, 08:02

N.R.Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

7 Fevral 2018, 08:02

Xızı rayonunun Giləzi–Xızı (34 km)–Fındığan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...