"Tikinti materiallarının və məmulatının standartlara uyğunluğunun yoxlanılması Qaydaları"nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 27
Bakı şəhəri, 3 fevral 2015-ci il
"Tikinti materiallarının və məmulatının standartlara uyğunluğunun yoxlanılması Qaydaları"nın təsdiq edilməsi barədə
"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
"Tikinti materiallarının və məmulatının standartlara uyğunluğunun yoxlanılması Qaydaları" təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmişdir
Tikinti materiallarının və məmulatının standartlara uyğunluğunun yoxlanılması
Q A Y D A L A R I
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi"nin 55.1-ci maddəsinə əsasən hazırlanmışdır və tikintiyə dövlət nəzarəti aparılarkən tikinti materiallarının və məmulatının standartlara uyğunluğunun yoxlanılması (bundan sonra - yoxlama) qaydalarını müəyyən edir.
1.2. Yoxlamanın məqsədi tikinti materiallarının və məmulatının keyfiyyətinin standartlarda nəzərdə tutulan tələblərə uyğunluğunu təmin etməklə istehlakçıların, dövlətin və təsərrüfat subyektlərinin hüquq və mənafelərini qorumaqdan ibarətdir.
1.3. Tikinti materiallarının və məmulatının keyfiyyətinə və təhlükəsizliyinə dair tələblər qanunvericiliklə, beynəlxalq təşkilatların və ya xarici dövlətlərin Azərbaycan Respublikasının ərazisində qüvvədə olan (tanınmış) müvafiq standartları ilə tənzimlənir.
1.4. Yoxlama Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa və bu Qaydalara uyğun aparılır.
2. Yoxlamanın həyata keçirilməsi qaydaları
2.1. Tikintiyə dövlət nəzarəti çərçivəsində aparılan yoxlamalar zamanı aşağıdakı hallarda tikinti materialları və məmulatı nümunələrinin standartlara uyğunluğu yoxlanılır:
2.1.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 54.2-ci maddəsinə müvafiq olaraq tikinti materiallarının və məmulatının standartlara uyğunluğuna dair sertifikatı olmadıqda;
2.1.2. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 54.4-cü maddəsinə müvafiq olaraq tikinti materiallarının və məmulatının sertifikatlaşdırılmasının mötəbərliyinə, habelə təhlükəsizlik tələblərinə uyğunluğuna əsaslı şübhələr olduqda, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tələbinə əsasən.
2.2. Yoxlama barədə qərar yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən qəbul edilir.
2.3. Yoxlama barədə qərar əsaslandırılmalı, yazılı formada tərtib edilməli və aşağıdakıları əks etdirməlidir:
2.3.1. qərarın nömrəsi, qəbul edilmə tarixi və vaxtı;
2.3.2. tikinti materiallarının və məmulatının sınaq nümunələrini (bundan sonra - sınaq nümunələri) götürmək səlahiyyəti olan yoxlayıcının vəzifəsi, soyadı, adı və atasının adı;
2.3.3. sınaq nümunələrinin yoxlanılması aparılacaq sifarişçinin adı və yerləşdiyi ünvan;
2.3.4. yoxlanılması aparılacaq tikinti materiallarının və məmulatının adı;
2.3.5. yoxlanılması aparılacaq tikinti materialını və məmulatını dəqiq müəyyən etmək imkanı verən məlumatlar (istehsalçı, model, istehsal tarixi, partiya və s.)
2.3.6. götürülməli olan sınaq nümunələrinin sayı;
2.3.7. götürülmüş sınaq nümunələrinin uyğunluğunun yoxlanacağı parametrlər;
2.3.8. yoxlamanı aparacaq laboratoriyanın və ya digər təşkilatın adı;
2.3.9. yoxlayıcı orqanın möhürü, yoxlayıcı orqanın rəhbərinin və ya onu əvəz edən şəxsin imzası, soyadı, adı və atasının adı.
2.4. Yoxlama sifarişçinin və ya onun təyin etdiyi texniki nəzarətçinin bilavasitə iştirakı ilə aparılır.
2.5. Sınaq nümunələri sifarişçinin və ya onun təyin etdiyi texniki nəzarətçinin iştirakı ilə yoxlayıcı tərəfindən götürülür və sınaq nümunələrinin götürülməsi aktı ilə rəsmiləşdirilir.
2.6. Sınaq nümunələrinin götürülməsi barədə aktda aşağıdakılar göstərilməlidir:
2.6.1. aktın tərtib edilmə tarixi və sınaq nümunələrinin dəqiq götürülmə vaxtı;
2.6.2. sınaq nümunələrinin götürülməsinin əsaslandığı və bu Qaydaların 2.3-cü bəndində göstərilən qərarın nömrəsi, qəbul edilmə tarixi və vaxtı;
2.6.3. sınaq nümunələri götürülmüş sifarişçinin adı və yerləşdiyi ünvan;
2.6.4. sınaq nümunələrini götürən yoxlayıcının vəzifəsi, soyadı, adı və atasının adı;
2.6.5. sınaq nümunələrinin götürülməsində iştirak edən sifarişçinin və ya onun təyin etdiyi texniki nəzarətçinin soyadı, adı və atasının adı;
2.6.6. nümunəsi götürülmüş tikinti materialının və məmulatının adı;
2.6.7. nümunəsi götürülmüş tikinti materialını və məmulatını dəqiq müəyyən etmək imkanı verən məlumatlar (istehsalçı, model, istehsal tarixi, partiya və s.);
2.6.8. götürülmüş sınaq nümunələrinin sayı;
2.6.9. götürülmüş sınaq nümunələrinin müqayisə ediləcəyi parametrlərin təsviri;
2.6.10. əgər varsa, sifarişçinin və ya onun təyin etdiyi texniki nəzarətçinin izahatı, iradı və ya etirazı;
2.6.11. sınaq nümunələrini götürmüş yoxlayıcının imzası;
2.6.12. sınaq nümunələrinin götürülməsində iştirak etmiş sifarişçinin və ya onun təyin etdiyi texniki nəzarətçinin imzası.
3. Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi
3.1. Götürülmüş tikinti materialları və məmulatı nümunələrinin standartlara uyğunluğu akkreditasiya olunmuş tikinti materiallarının və məmulatının sertifikatlaşdırılmasını həyata keçirən müəssisələrin laboratoriyaları və ya sınaq laboratoriyaları (bundan sonra - laboratoriya) tərəfindən yoxlanılır və nəticələr protokolla rəsmiləşdirilir.
3.2. Yoxlamanın nəticələri barədə protokolda aşağıdakılar əks etdirilməlidir:
3.2.1. protokolun nömrəsi, tərtib edilmə tarixi və dəqiq vaxtı;
3.2.2. sınaq nümunələrinin çatdırılma tarixi və dəqiq vaxtı;
3.2.3. tətbiq edilən yoxlama metodları barədə məlumat;
3.2.4. araşdırılan göstəricilərin (parametrlərin) normativ tələblərlə müəyyən edilmiş məqbul səviyyəsi;
3.2.5. araşdırılan göstəricilərin (parametrlərin) tədqiq (sınaq) nəticəsində əldə edilmiş səviyyəsi;
3.2.6. əldə edilmiş nəticələrdə xəta (mümkün dəqiqlik).
3.3. Yoxlamanı aparan laboratoriya yoxlama bitdikdən sonra növbəti iş günündən gec olmayaraq yoxlamanın nəticələri barədə protokolu yoxlama barədə qərarı qəbul etmiş yoxlayıcı orqana alınmasını təsdiq edən poçt vasitəsilə göndərir.
3.4. Sınaq nümunələrini götürmüş yoxlayıcı sifarişçini və ya onun təyin etdiyi texniki nəzarətçini yoxlamanın nəticələri ilə tanış etməlidir və tələb edildikdə, yoxlamanın nəticələri ilə bağlı izahatlar və məsləhətlər verməlidir.
3.5. Laboratoriyada aparılan sınaqların nəticələrinə əsasən sınaq nümunələri keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verdikdə, yoxlamanın nəticəsi müsbət, sınaq nümunələri keyfiyyət və təhlükəsizlik tələblərinə cavab vermədikdə, yoxlamanın nəticəsi mənfi sayılır.
3.6. Sınaqların mənfi nəticələri nümunələrin seçildiyi məhsul partiyasına şamil edilir.
3.7. Sifarişçi yoxlayıcı orqanın vəzifəli şəxslərinin hərəkətlərindən (qərarlarından) inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.
Qeyd. Bu Qaydalarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 5-ci bəndinə uyğun olaraq edilə bilər.
19 Fevral 2015, 09:0224 İyun 2020, 08:06
Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
24 İyun 2020, 08:06
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
24 İyun 2020, 08:06
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 93-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 5 oktyabr tarixli 794 nömrəli, “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 5 oktyabr tarixli 795 nömrəli, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2003-cü il 2 yanvar tarixli 835 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
24 İyun 2020, 08:06
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
24 İyun 2020, 08:06
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 94-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
23 İyun 2020, 10:06
Biləsuvar rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 İyun 2020, 09:06
Ağstafa rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 İyun 2020, 09:06
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
18 İyun 2020, 09:06
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 100-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
18 İyun 2020, 09:06
“Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...