"Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 52-2-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasına uyğun olaraq, protokolun formasına və tərtibinə dair tələblər"in təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 26
Bakı şəhəri, 3 fevral 2015-ci il
"Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 52-2-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasına uyğun olaraq, protokolun formasına və tərtibinə dair tələblər"in təsdiq edilməsi barədə
"Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1103-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 857 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
"Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 52-2-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasına uyğun olaraq, protokolun formasına və tərtibinə dair tələblər" təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmişdir
__________ rayonu (şəhəri) __________ bələdiyyəsinin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların yığıncaqlarının
PROTOKOLU № ______
__________ rayonu (şəhəri, kəndi) "___" __________ 20_____ il
Bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların sayı ____ nəfər İştirak edənlərin sayı ____ nəfər _____(faizlə)
GÜNDƏLİK MƏSƏLƏ
__________ rayonu (şəhəri) __________ bələdiyyəsi tərəfindən "___" ______20_______ il ərzində görülmüş işlər haqqında, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin (təyinatı, məqsədi və dəqiq məbləği manatla) və bələdiyyə mülkiyyətinin (torpağın kateqoriyası, məqsədli təyinatı və digər daşınmaz və daşınar əmlak göstərilməklə) istifadəsi haqqında hesabatın müzakirəsi.
__________ bələdiyyəsi tərəfindən "___" ______20____ il ərzində görülmüş işlər, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin (təyinatı, məqsədi və dəqiq məbləği manatla) və bələdiyyə mülkiyyətinin (torpağın kateqoriyası, məqsədli təyinatı və digər daşınmaz və daşınar əmlak göstərilməklə) istifadəsi haqqında hesabatı təqdim etdilər:
1. Bələdiyyə sədri ________________________________________ (adı, soyadı, atasının adı) _____________________________________________________________ _____________________________________________________________ _____________________________________________________________ _____________________________________________________________ _____________________________________________________________ _____________________________________________________________ _____________________________________________________________
2. Bələdiyyənin daimi komissiyalarının sədrlərinin məlumatları dinlənildi.
__________ bələdiyyəsi tərəfindən "___" ______20____ il ərzində görülmüş işlər, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin (təyinatı, məqsədi və dəqiq məbləği manatla) və bələdiyyə mülkiyyətinin (torpağın kateqoriyası, məqsədli təyinatı və digər daşınmaz və daşınar əmlak göstərilməklə) istifadəsi haqqında hesabatın təsdiq edilməsi üçün səsvermə keçirilir.
Səsvermənin nəticəsi:
lehinə - ____ nəfər; əleyhinə - ____ nəfər; bitərəf - ____ nəfər.
Səsvermənin nəticəsini nəzərə alaraq yığıncaq
QƏRARA ALIR:
1. __________ rayonu (şəhəri) __________ bələdiyyəsinin "___" ______20____ il ərzində görülmüş işlər, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin (təyinatı, məqsədi və dəqiq məbləği manatla) və bələdiyyə mülkiyyətinin (torpağın kateqoriyası, məqsədli təyinatı və digər daşınmaz və daşınar əmlak göstərilməklə) istifadəsi haqqında hesabatı qənaətbəxş (qeyri-qənaətbəxş) hesab edilsin. 2. Yığıncaqda iştirak edənlərin yarısından çoxu hesabat dövründə bələdiyyənin fəaliyyətini qeyri-qənaətbəxş hesab edilməsinin "lehinə" səs verdikdə, yığıncağın protokolunun surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə təqdim edilsin.
İclasın sədri __________________________ (adı, soyadı, atasının adı)
İclasın katibi __________________________ (adı, soyadı, atasının adı)
|
4 İyun 2014, 09:06
Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 950-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
4 İyun 2014, 09:06
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
4 İyun 2014, 09:06
“Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
3 İyun 2014, 09:06
Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında ətraflı...
2 İyun 2014, 17:06
Azərbaycan Respublikasının mülki aviasiya işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
2 İyun 2014, 17:06
Azərbaycan Respublikasının mülki aviasiya işçilərinə fəxri adlar verilməsi haqqında ətraflı...
2 İyun 2014, 09:06
Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında ətraflı...
30 May 2014, 09:05
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
30 May 2014, 09:05
“Bələdiyyə seçkilərində səsvermənin nəticələri haqqında dairə seçki komissiyası protokolunun doldurulması qaydasına dair İzah”ın təsdiq edilməsi haqqında ətraflı...
30 May 2014, 09:05
“Bələdiyyə seçkilərində səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyası protokolunun doldurulması qaydasına dair İzah”ın təsdiq edilməsi haqqında ətraflı...